“Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...” - 4 yaşlı Nərminin anası

“Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...” - 4 yaşlı Nərminin anası
SOSİAL
10:45 11.07.2025
3056
 
Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində 4 yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.

AZXEBER.COM xəbər verir ki, mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə bir anda baş verib.

Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı 2 dəfə ölümlə üzləşib: "Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı”.

Nərminin son fotosu


A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə 4 yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib: "Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey 2 dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi”.

Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedibmiş və Vəndamda kirayə tutduqları "A-Frame” tipli evdə qalırlarmış. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
00:14 30.10.2026
Macarıstanın Baş naziri Orbanın BMT rəhbərliyinə namizədliyini sərt tənqid edib
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
00:12 30.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bu ərazilərdə işıq olmayacaq
00:06 30.10.2026
Bu ərazilərdə işıq olmayacaq
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
00:02 30.10.2026
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
00:00 30.10.2026
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
23:56 29.10.2026
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Video
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
23:52 29.10.2026
Bank kartlarına tətbiq edilən limitlər artırıla bilər - VİDEO
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
23:51 29.10.2026
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Sumqayıtda “Nissan” alışıb yandı - Video
23:42 29.10.2026
Sumqayıtda “Nissan” alışıb yandı - Video
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
23:33 29.10.2026
Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
23:24 29.10.2026
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - FOTOLAR
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
23:12 29.10.2026
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
23:09 29.10.2026
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir