“Vətən Sağ olsun” adlı yeni mahnı yazılıb - VİDEO

MAQAZİN
13:56 21.10.2020
793
"Vətən Sağ olsun” adlı yeni mahnı yazılıb.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi ilə "MZ” production tərəfindən yeni vətən marşı tamaşaçıların ixtiyarına verilib. Döyüş ruhlu, qələbə əzmli olan bu mahnı gənclərin vətənpərvər hislərini əks etdirir. Mahnının sözləri Vüqar Əbdülova, musiqisi Camal Qurbanova, aranjıman: Həsən Agayevə məxsusdur. Mahnını Azər Zeyn ifa edib.
 
Sosial şəbəkələrdə yayımlanan ifanın linkini sizə təqdim edirik : https://www.youtube.com/watch?v=-Ui3KIVaOWs

Qeyd edək ki, mahnı "Vətən Sağ Olsun - 3 Xüsusi Tapşırıq” layihəsində səslənir. Məqsədi gənclər arasında hərbi vətənpərvərlik, Vətənə sədaqət, Vətəni qorumaq kimi müqəddəs hisslərin daha da gücləndirilməsi ilə yanaşı, gənclərin daha da mətin, mübariz və cəsarətli olması üçün stimul yaratmaq olan bu layihəyə 4000-dən çox gənc müraciət edib. Yarışın əsas şərtlərindən biri hərbi xidmətdə olmayan, 18-23 yaş arası çağırışçı gənc oğlan və qızların iştirakı idi. Müraciət edənlərin 2800-dən çoxu həqiqi xidmətdə olan gəncləridi.
 
1256 nəfər ilkin seçim turuna dəvət olundu. Verilişin şərtlərinə uyğun gələn 156 gənc 2-ci seçim turuna dəvət edildi. İkinci seçim turu müsahibə xarakterli keçirildi və 50 nəfərə yaxın gənc seçildi və onlardan 13 nəfəri sonuncu seçim turuna dəvət edildi.
 
Tibbi sağlamlıq komissiyası və fiziki gücün yoxlanılmasından keçərək  "N” saylı hərbi hissədə keçirilən yarışa minlərlə gəncin arasından 10 tələbə seçilərək iştirak hüququ qazandı.  Yarış 24 oktyabr tarixindən hər həftənin şənbə gün saat 11:15-də  İctimai TV-də yayımlanacaq. 
 
Yarışın yayımlanacağı youtube Kanalı Link: https://www.youtube.com/channel/UC-ZEi6hS84tP0s3A9zlYAEA 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:06 04.12.2020

İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib - FOTO

10:52 04.12.2020

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

10:51 04.12.2020

"Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb"

10:49 04.12.2020

Vyetnamda çətin vəziyyətə düşmüş azərbaycanlılar təxliyyə edildi

10:41 04.12.2020

İlham Əliyev: “ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb”

10:24 04.12.2020

Binəqədidə evi tərk edən koronavirus xəstəsi saxlanıldı

10:21 04.12.2020

Azərbaycan Prezidenti: "Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib"

10:20 04.12.2020

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN

10:18 04.12.2020

İlham Əliyev: "Ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur"

10:16 04.12.2020

Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışının tam mətni

10:14 04.12.2020

Türkiyənin Azərbaycandakı səfirliyi şəhidlərlə bağlı paylaşım etdi

00:37 04.12.2020

Bu gün Azərbaycanda şəhidlərin xatirəsi anılacaq

23:40 03.12.2020

Azərbaycanda ən çox hansı zonada koronavirusa yoluxma olub?

23:35 03.12.2020

Ərdoğan Ruhani ilə Qarabağı müzakirə etdi

23:26 03.12.2020

Zəfər Gününün tarixinin dəyişdirilməsi “Haber Global”ın efirində: “Tarixi jest, Atatürk həssasiyyəti” - VİDEO

22:47 03.12.2020

"Euronews” telekanalının əməkdaşları Suqovuşanda