Vətən sevgisi sərhəddən başlamır sərhəddə bitmir "
Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaqdır, vətənpərvərlik. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5- ci qrand müsabiqəsində qalib olmuş Şirinov Qabil Ədalət oğlunun “Vətən sevgisi sərhəddən başlamır sərhəddə bitmir” adlı, layihəsinin icrası davam edir. Layihənin icrası üçün vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarət olan “Bitməz könlümüzün vətən sevgisi” adlı kitabı çap olunacaq. Buklet və digər vətən sevgisini təbliğ edən materiallardan istifadə olunacaq. Təbliğat materialları gənclər fondunun maliyyəsi hesabına çap edilərək tədbirlərin iştirakçılarına paylanacaq. Gəncliyimizə öyrədəcəyimiz ilk söz düşmənini tanı, vətənini sev, vətənin üçün ölməyi və öldürməyi bacar sözü olmalıdır. İdeamız vətənini canından artıq sevən gəncliyin formalaşmasıdır. Bu yolda insanların səfərbər olmasına təşəbbüs göstərməyə çalışacayıq. Vətən övladımızın məskənidir, Vətən əcdadımızın mədfənidir. Tarixin məhvəri fırlandıqca həqiqətlər hadisələrin axınında dəyişir. Yanlışlıqlar meydana çıxır. Azərbaycan tarixi, belə yalanlarla əvəz edilməsi nəticəsində çox fəlakətlərlə üz- üzə qalıb. Bunun üçündə vətənimizin keşiyində ayıq sayıq dayanmaq hər birimizin borcudur. Vətən bizim həyatımızın məkanı, məzarımızın isə ünvanıdır. Hazırkı Azərbaycan gənclərinin müxtəlif missioner təşkilatların təsirinə düşdüyü sirr deyil. İllərdir Azərbaycanın məcburən üzləşdiyi Qarabağ müharibəsi milli genofondumuza ağır zərbə vurub. İgidlərimizin evlənmədən, ailə sahibi olmadan övladsız şəhid olması milli genofondumuzun məhv olmasına apran yoldur. Bu gün biz gəncliyimizi qorumalıyıq. Missioner təşkilatlar vətəndaşlarımızı yanlış yola çəkərək onları vətən sevgisindən məhrum edirlər. Həmin gənclər bizim üçün itirilmiş hesab edilir. Qarşılaşdığımız bu ciddi problemin fəsadları, bir neçə il sonra özünü daha çox büruzə verəcəkdir. Gəncliyimizin vətən sevgisi, milli düşüncə ilə formalaşması Azərbaycanımızın, gələcəyimizin qarantıdır. Nəzərdə tutulan layihə Ağcabədi ve A]dam rayonun müxtəlif kəndlərində yaşayan gənclərlə görüşlər və tədbirlər keçirilməsi ilə həyata keçrilir...
![](/file/pic/xeber/2014-10-28/50623.jpg)
![](/file/pic/xeber/2014-10-28/50625.jpg)