Vətəndaş cəmiyyəti fəalları, gənclər və jurnalistlər üçün seminar keçiriləcək

GƏNCLİK
12:20 06.06.2013
1609

Norveç Helsinki Komitəsi Avropa Komissiyasının və Norveç Xarici İşlər Nazirliyinin (XİN) maliyyə yardımı ilə Cənubi Qafqaz öləkələri – Azərbaycan, Ermənistan və Gürcüstanda “Etimad Koalisiyası” (Coalition for Trust) adlı regional proqram həyata keçirilməsinə başlayıb.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan üzrə layihə icraçısının tərəfdaşı “Demokratiya Monitoru” qeyri-hökumət təşkilatıdır.Üç illik proqram çərçivəsində 2013-2014-cü illər ərzində müxtəlif hədəf qrupları – gənclər (tələbələr) vətəndaş cəmiyyəti fəalları (yalnız Qeyri-Hökumət Fəalları nəzərdə tutulmur) və jurnalistlər üçün ümumilikdə hər hədəf qrupu üçün 6 seminarın keçirilməsi nəzərdə tutulur.Hər bir hədəf qrupu üçün təlimlər ayrı-ayrılıqda İnsan Hüquqları və Sülh Quruculuğu; Mədəniyyətlərarası Anlama və Keçid Dövrü Hüququ (Ədliyyəsi) mövzuları üzrə keçirilir. Mövzular üzrə təlim proqramı hər bir fərqli hədəf qrupuna uyğunlaşdırılır. Seçilmiş iştirakçılar iki il ərzində keçiriləcək bütün seminarlarda iştirak etməlidirlər.Ən sonda onlara uğurlu iştiraka görə diplomlar təqdim ediləcək və gələcəkdə digər etimad quruculuğu üzrə fəaliyyətlərə cəlb ediləcəklər.Proqram çərçivəsində xüsusi fərqlənən iştirakçılar sülh quruculuğu və insan hüquqları, mədəniyyətlərarası dialoq üzrə xarici təcrübəni bölüşmək üçün Balkanlara (Bosnia&Hersoqovina və Serbiya) səfər edəcəklər.Üç illik proqram çərçivəsində seminar iştirakçılarının cəlb edilməsini, onların bilik və bacarıqlarının artırılmasını nəzərdə tutan digər fəaliyyətlər – diskussiyalar, online debatlar, dəyirmi masalar və s. də nəzərdə tutulur.Hər üç hədəf qrupu üçün ilk seminarlar iyun ayında Bakıda keçiriləcək. Hər bir hədəf qrupu üçün ayrı-ayrılıqda nəzərdə tutulan seminarların davametmə müddəti 3 gündür və təlimçilər Azərbaycandan olan ekspertlərdir. Bəzi mövzular üzrə beynəlxalq ekspertlər cəlb edilir.Seminarın əsas işçi dili Azərbaycan dilidir.

OXŞAR XƏBƏRLƏR