Ali Məhkəmədə Bakı sakini ilə Təhsil Nazirliyinin məhkəmə mübahisəsi ilə əlaqədar qərar qəbul edilib. FYuxarı instansiya məhkəməsinin qərarı nazirliyi məhkəməyə vermiş Eldanə Abdullayevanın lehinə olub. Belə ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib vəiş yeni apellyasiya baxışına qaytarılıb
Qeyd edək ki, Eldanə Abdullayeva işə qəbulla bağlı imtahan nəticələrindən narazı qalıb. O, nazirliyi işə qəbulla bağlı keçirilmiş imtahanın nəticələrində nöqsanların aradan qaldırılması iddiası ilə məhkəməyə verib. Nərimanov rayon Məhkəməsi iddianı təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdı. femida.az