Vətəndaşın 24 il əliliyə görə aldığı müavinəti niyə kəsilib? - VİDEO

Vətəndaşın 24 il əliliyə görə aldığı müavinəti niyə kəsilib? - VİDEO
SOSİAL
22:43 20.06.2026
995
Doqquz yaşından 33 yaşınadək əliliyə görə müavinət alan Suraxanı rayonu, Hövsan qəsəbə sakini Vüsal Məmmədovun ödənişi kəsilib.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, müavinət bu ilin aprel ayında dayandırılıb.

Vüsal Məmmədov iddia edir ki, bu günə kimi hər beş ildən bir təkrar komissiyadan keçib. Anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 3-cü qrup əlliliyə görə 180 manat müavinətlə təmin edilib.

Vüsal Məmmədov deyir ki, təkrar komissiyadan keçmək məqsədi ilə ərazi üzrə 23 nömrəli Şəhər poliklinikasına müraciət edib. Lakin gözlədiyi nəticəni əldə edə bilməyib.

TƏBİB-dən bildirildi ki, Vüsal Məmmədov 2011-ci ildən etibarən anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 23 nömrəli Şəhər poliklinikasında dispanser qeydiyyatdadır. 2012-ci ildən III qrup əlillik təyinatı alıb. Əlillik müddəti bitdiyi üçün bu il aprelin 27-də təkrar həmin poliklinikaya müraciət edib və zəruri tibbi müayinələrə göndərilib.

Mayın 5-də poliklinikanın Həkim məsləhət komissiyası təqdim edilən sənədləri əlillik meyarına uyğun olduğu üçün rəsmiləşdirib və 11 nömrəli Şəhər poliklinikasının Mərkəzi həkim komissiyasına göndərib. Daha sonra müvafiq sənəd rəsmiləşdirilərək Tibbi-sosial ekspertiza komissiyasına təqdim edilib. Komissiya tərəfindən sənədə mayın 26-da ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmaların dəqiqləşdirilməsi göstərişi ilə imtina verilib.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən rəyə əsasən, sənəddə ağırlaşmalar qeyd edilib. Vətəndaş iyunun 5-də Tibbi-sosial ekspertiza komissiyasında əyani baxışda olub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirildi ki, Vüsal Məmmədovun əlilliyi həm elektron sistem üzərindən, həm də qurumun həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı onun hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
10:13 26.09.2026
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
10:08 26.09.2026
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
10:04 26.09.2026
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
09:59 26.09.2026
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
09:58 26.09.2026
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
09:34 26.09.2026
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
09:32 26.09.2026
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
09:29 26.09.2026
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
09:28 26.09.2026
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
09:25 26.09.2026
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
09:21 26.09.2026
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
06:24 26.09.2026
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
03:49 26.09.2026
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı