Vətəndaşlar şengen vizası üçün yer tapmır - Ekspert səbəbi AÇIQLADI

Vətəndaşlar şengen vizası üçün yer tapmır - Ekspert səbəbi AÇIQLADI
SOSİAL
17:29 26.05.2025
1360
Yay mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq şengen vizası üçün müraciət edən vətəndaşların sayında artım müşahidə olunur. 

Azərbaycandan Avropa ölkələrinə səfər etmək istəyənlər səfirliklərdə viza üçün müraciət tarixi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. 

Məlumata görə, mövcud yerlər ya ümumiyyətlə yoxdur, ya da yalnız çox uzaq tarixlərə təklif olunur. 

Yerli turistlər isə iddia edirlər ki, bəzi turizm şirkətləri viza müraciəti üçün nəzərdə tutulan vaxtların əksəriyyətini əvvəlcədən tutaraq, onları vətəndaşlara yüksək qiymətə satırlar. 

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov AZXEBER.COM-a açıqlama verib. 
 
Ekspert bildirib ki, vətəndaşların müraciətlərinin cavabının gecikməsinə əsas səbəb qarşıdan yay mövsümünün gəlməsidir:
 
"Hazırda yay mövsümünün yaxınlaşması ilə əlaqədar səyahət edənlərin sayı artıb. Bu isə səfirliklərdə növbələrin yaranmasına və yer sıxlığına səbəb olur. Xüsusilə, Şengen vizası verən səfirliklərin əksəriyyətində onlayn formada növbə götürmək tələbi mövcuddur. Bəzən vətəndaşların sənədlərinə uyğun olaraq bəzi turizm şirkətləri onlara xidmət göstərir və bunun qarşılığında müəyyən xidmət haqqı alırlar. Çünki vizaya müraciət zamanı bir sıra sənədlər tələb olunur və həmin sənədlərin düzgün və qaydalara uyğun şəkildə hazırlanması vacibdir.
 

 

Ekspert deyib ki, vətəndaşlar özləri də səfirliklərdən onlayn yer götürə bilərlər: 

"Vətəndaşlar özləri də bunu ala bilərlər. Sadəcə olaraq, əvvəlcədən onlayn növbə götürmək tələb olunur. Lakin bu növbəni əldə etmək bəzən mövsümün sıxlığına görə çətin və vaxt aparan ola bilər. Həmçinin, boş vaxt tapmaq da problemə çevrilə bilər. Təcili hallarda – məsələn, müalicə və ya xəstəliklə əlaqədar vəziyyətlərdə – səfirliyə birbaşa məktub yazmaqla və ya e-mail vasitəsilə müraciət etməklə daha tez məlumat almaq mümkündür. Təhsil məqsədli müraciətlərdə də bu cür hallar mümkündür.

Turistik səfərlərlə bağlı isə adətən növbəni gözləmək zərurəti yaranır. Bəzən səfirliyə məktub yazaraq xahiş etməklə növbədənkənar yer ayrılması da mümkün ola bilər. Buna baxmayaraq, turizm şirkətləri bu sahədə daha peşəkardırlar. Onlar sənədləşmə prosesini, müraciətlərin vaxtında təqdim edilməsini və digər detalları daha düzgün şəkildə idarə edə bilirlər".
 
Ceyhun Aşurov həmçinin qeyd edib ki, turizm şirkətlərinin süni şəkildə səfirlikdə yerləri tutub sonradan satmaqları halları müşahidə olunmur:

"Bəzi şəxslər düşünür ki, turizm şirkətləri süni şəkildə səfirlikdə yerləri tutub sonra bu yerləri satırlar. Lakin bu, doğru deyil və belə bir hallar müşahidə edilmir. Düşünürəm ki, bu məsələdə müəyyən anlaşılmazlıq mövcuddur. Turizm şirkətləri sadəcə olaraq vətəndaşlara xidmət göstərir və viza prosesinin düzgün şəkildə aparılmasına yardım edirlər. Məktubların tərtibi, formaların doldurulması və digər sənədləşmə işlərini daha peşəkarcasına yerinə yetirirlər.

Əgər vətəndaş tələb olunan sənədləri düzgün formada toplasa, bu vizanın alınması ilə nəticələnə bilər. Lakin bəzi hallarda vətəndaş öz təşəbbüsü ilə müraciət etdikdə, tələblərə uyğun olmayan sənəd təqdim edərsə və ya hər hansı sənəd çatışmazlığı olarsa, bu, müraciətin geri qaytarılması ilə nəticələnə bilər. Ona görə də vətəndaşlar ya özləri bütün qaydalara riayət edərək müraciət edə bilər, ya da müəyyən xidmət haqqı müqabilində bu işi peşəkar turizm şirkətlərinə həvalə edə bilərlər".
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik