Vətəndən qisas almaq

Vətəndən qisas almaq
KÖŞƏ
15:07 24.07.2012
2490
Seymur VerdizadəEtibar Cəbrayıloğlu yay tətilini Batumidə keçirdi. Gürcüstandan gələndən sonra biz Etibarla görüşməsək də, telefonla danışarkən onun əhval-ruhiyyəsinin yüksək olduğunu hiss etdim. Yəqin ki, Ceyhun Musaoğlu da Batumidən kefikök qayıdacaq. Çünki Ceyhun hələ səfər ərəfəsində “Adam Batumiyə gedər” adlı məqalə yazıb, azərbaycanlı oliqarxlara acıq vermişdi.
Statistika göstərir ki, yay tətilini Gürcüstanda keçirən azərbaycanlıların sayı sürətlə artır. Maraqlısı isə odur ki, soydaşlarımız təkcə yayda deyil, qışda da Gürcüstanda dincəlməyə üstünlük verirlər. Ötən il 10 mindən çox azərbaycanlı yeni təqvim ilini Tiflisdə qarşılamışdı. İki il əvvəl yanvar ayının 1-də jurnalist həmkarlarımla Tiflisdə dolaşarkən qarşımıza çıxan üç nəfərdən ikisi doğma Azərbaycan dilində danışırdı. 2010-cu ilin soyuq yanvar günlərində Tiflisin bahalı restoranlarında masa arxasında əyləşənlərin yarısından çoxu azərbaycanlılar idi.Ötən gün ailəsi ilə birlikdə Batumiyə yola düşən həmkarımdan yay tətilini niyə Gürcüstanda keçirmək istədiyini soruşanda, belə cavab verdi: “Burda 5 gündə xərclədiyim pulla Gürcüstanda 15 gün bəy kimi yaşayıram”. Gürcüstanda tez-tez olduğum üçün onun bu arqumentinə etiraz etdim. Mübahisə zamanı məlum oldu ki, jurnalist həmkarım Batumi şəhərinin yaxınlığında yerləşən bir kənddə ev tutub. Kirayə tutduğu evdə qaldığı hər gün üçün 20 lari ödəyəcək. Bu isə bizim pulla təxminən 9 manat edir. Üstəlik, həmkarım həyat yoldaşını və 2 uşağını Tiflisə, ordan isə Batumiyə aparmaq üçün 80 manat pul xərcləməli olacaq. Onun həmin tərkiblə geri qayıdacağını nəzərə alanda, təkcə nəqliyyat xərcinin 160 manat etdiyi məlum oldu.Üç il əvvəl biz yay tətilini ailəlikcə Qax rayonunun İlisu kəndində keçirdik. Özünün ikimərtəbəli evinin qapısını taybatay bizim üzümüzə açan Nəzir kişiyə bir həftəlik qonaqpərvərliyin müqabilidə cəmi 70 manat verdik. İlisuda kənd təsərrüfatı məhsullarının qiyməti Gürcüstanda olduğundan da ucuz idi. Sıra dağların əhatəsinde yerləşən bu gözəl kəndin təbiətinə isə söz ola bilməzdi...Yay tətilini Gürcüstanın istirahət mərkəzlərində keçirən soydaşlarımıza haqq vermək olar. Heç kimə sirr deyil ki, Azərbaycanda otel və pansionatların qiyməti çox bahadır. Ayrı-ayrı nazirlərə məxsus olan həmin otellərdə gecələmək üçün bəzən 100-150 manat ödəmək lazım gəlir. Halbuki bu pulla Batumidə bir həftə oteldə qalmaq olar. Heç kim min bir əziyyətlə qazandığı pulların otel biznesi ilə məşğul olan Kəmaləddin Heydərov, Ziya Məmmədov, Etibar Pirverdiyev kimi korrupsioner məmurların cibinə getməsini istəmir. Mən bu adamlara haqq qazandırıram. Heç mən də razı olmaram ki, gözümün nurunu əridə-əridə qazandığım pullar hansısa harın məmurun əyləncəsinə sərf olunsun. Amma Qubada, Qaxda günü 10 manata verilən kirayə evləri qoyub, Gürcüstanın ucqar kəndlərində 9 manata ev tutan adamları heç cür başa düşə bilmirəm. Mənə elə gəlir ki, bu adamlar özləri də bilmədən Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Etibar Pirverdiyevin qisasını vətəndən alırlar. Hansı ki, onların 10 manatına qaxlı Nəzir dayının gürcü Seryojadan daha çox ehtiyacı var...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub