"Vətənpərvər ruhlu olduğum üçün “like” etdim" - MÜSAHİBƏ

GƏNCLİK
13:16 27.09.2011
2398

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

AZXEBER.COM portalı "Həqiqət axtarışında" pyesinin ssenari müəllifi Təranə Xudabaxşiyevanın müsahibəsini təqdim edir.

-Festival haqqında məlumatı haradan aldınız?

Facebook sosial şəbəkəsində “Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş gənclər arasında Ümumrespublika Teatr Festivalı” səhifəsini gördüm. Və vətənpərvər ruhlu olduğum üçün “like” etdim, maraqlandım və bu festivala qatılmaq qərarına gəldim.

-Teatra marağınız necədir?

İncəsənət universitetinin tələbəsi olduğum üçün mənim teatra həmişə marağım yüksək olub. Mümkün olduğu qədər teatrlara da gedirəm.

-Teatrlarımızda vətənpərvərliklə bağlı axtardığınızı tapa bilirsiniz?

Teatrdı, musiqidir, bunlar zövq məsələsidir. Nəyisə bəyənib-bəyənmədiyimi demək düzgün olmaz. Amma, daha çox sevgi mövzusunda tamaşaların qoyulması, vətənpərvərlik mövzusunda tamaşaların yox səviyyəsində olması məni narahat edir. Mənim getdiyim tamaşalarda mövzu çox vaxt ailə-məişət və sevgi mövzusunda olub. Vətənpərvərlik mövzusunda olan tamaşa demək olar ki, yoxdur.

-Səbəb nədir sizcə?

Sevgi həmişə insanların maraq dairəsində olan mövzudur. Buna görə həmişə bu mövzuda musiqilərə, tamaşalara, kinolara üstünlük verilir. Gənclər vətənpərvərlik mövzusunun nümunələrini görmək istəyir. İnsanlar vətənpərvərliyə acdır. Həm nəzərə alsaq ki, müharibə şəraitində yaşayan ölkəyik, buna ehtiyac daha da çoxdur. Tək teatrları yox, insanları da vətənpərvər ruhda yetişdirmək lazımdır. Təbliğat azdır. Bizdən sonra gələcək nəsillər bilməyəcək 20 Yanvar nədir, şəhid nədir. İndi çəkilən sevgi kinolarındansa, vətənpərvərlik haqqında kino çəkilsə, daha səmərəli olar. Məsələn, 20 Yanvar hadisələrindən tutmuş, rayonlarımızın işğal olunması və bu günə kimi olan hadisələrdən çoxseriallı bir serial çəkmək olar.

Bu günə kimi vətəniniz üçün nə etmisiniz?

Hələ ki mən özümün vətənpərvər kimi nə etdiyimi deyə bilmərəm. Bir gənc kimi gələcəkdə Azərbaycanı təmsil etsəm onda özümü vətənpərvər kimi hiss edərəm.

-Artıq sizin ssenarini səhnələşdirəcək rejissorlada tanış olmusunuz. Necə düşünürsünüz, sizcə bu komanda ilə siz festivalda necə təmsil olunacaqsınız?

Bəli, artıq rejissorla da görüşdük. Çox yaxşı oldu söhbətimiz. Ssenari üzərində ilkin olaraq nə edəcəyimizi qərarlaşdırdıq. Ssenarimi səhnələşdirmək üçün üzərində bir çox dəyişikliklər aparacağıq. Ümumilikdə, rejissorla fikrimiz uyğunlaşdı, uğurlu işbirliyimiz olcağına ümüd edirəm. Festivalda da layiqli yer tutacağımıza əminəm.

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR