'Vətənpərvərəm' layihəsinə yekun vuruldu

GƏNCLİK
02:15 09.04.2016
1739

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məktəblərdə “Vətənpərvərəm” adlı breyn rinqin keçirilməsi ilə bağlı layihəyə yekun vurulub.

Layihənin rəhbəri Kənan Qubadzadənin sözlərinə görə, layihənin məqsədi gənclər arasında Vətənpərvərlik ruhunun gücləndirilməsi, breyn-ring yarışının təbliği, gənclərin intellektual inkişafına dəstək olmaq, gənclər arasında qarşılıqlı informasiya mübadiləsinə nail olmaq, gənclərin bu yarışa olan tələbatını öyrənmək, onlara lazımı biliklərin aşılanması olub.

Layihə müddətində iştirakçılara layihə haqqında bukletlər, braşurlar paylanmış, layihədə fərqlənən iştirakçılara sertifikatlar təqdim edilmişdir.

OXŞAR XƏBƏRLƏR