Veteranlar millət vəkillərinə dərs keçdi 5:1

İDMAN
19:12 01.11.2011
1974
İsgəndər Cavadovun 55 yaşına 5:1-lik hədiyyə Veteran futbolçu, AFFA İntizam Komitəsinin üzvü və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadovun 55 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Yubiley oyununda Azərbaycanın veteran futbolçuları və Milli Məclisin deputatları qarşılaşıb. "Şəfa" stadionunda baş tutan oyunda veteranlardan Musa Qurbanov, Şahin Diniyev, Arif Əsədov, Zaur İsmayılov, Camaləddin Əliyev, Vəli Qasımov, Ruslan Qafitulin və başqaları iştirak edib. Milli Məclisin komandasının heyətində isə Siyavuş Novruzov, Adil Əliyev, Fazil Mustafa, Fuad Muradov, Zahid Oruc və s. deputaplar yer alıb.

OXŞAR XƏBƏRLƏR