“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
İQTİSADİYYAT
17:29 25.07.2025
678
"Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş "Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı” layihəsinin rəsmi açılışını keçirib.

Layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşların sistemli şəkildə müəyyənləşdirilməsi, dəyərləndirilməsi və inkişaf etdirilməsidir. Bu təşəbbüs, şirkət strukturunda yalnız rəhbər heyətə deyil, eyni zamanda mütəxəssis bazasında olan istedadlara da liderlik imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edir.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, "Veysəloğlu” MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, İdarə Heyətinin üzvləri, şirkət direktorları və layihə çərçivəsində seçilmiş yüksək potensiallı mütəxəssisləri təmsil edən 80 nəfər iştirak edib.

Tədbir zamanı layihənin mərhələləri, tətbiq olunan qiymətləndirmə metodikaları, fərdi inkişaf planlarının məzmunu və mütəxəssislər üçün nəzərdə tutulan imtiyazlar təqdim olunub. Yüksək potensiallı əməkdaşlar üçün təşkil olunan bu layihə şirkətin liderlik ehtiyatı yaratmaq, daxili irəliləyiş imkanlarını gücləndirmək və dayanıqlı insan kapitalı formalaşdırmaq istiqamətində atdığı strateji addım kimi dəyərləndirilib.

Tədbirdə Dünya Bankının gender məsələləri üzrə məsləhətçisi və ADA Universitetinin təlimçisi Şəmsiyyə Mustafayeva da qonaq qismində iştirak edərək layihənin inklüzivlik və gender baxımından əhəmiyyətini vurğulayıb. Layihə həm iştirakçılar, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və insan resurslarını əhatə edən innovativ təşəbbüs kimi dəyərləndirilib.

Bu layihə "Veysəloğlu” MMC-nin insan resursları strategiyasında yalnız rəhbər heyət üçün deyil, həm də mütəxəssis səviyyəsindəki istedadlar üçün uzunmüddətli inkişaf imkanları yaratmağa yönəlmiş qabaqcıl yanaşmasının bariz nümunəsidir. Bu dərəcədə əhatəli şəkildə həyata keçirilən layihə, mahiyyət etibarilə ölkədə ilk təşəbbüslərdən biri hesab olunur, korporativ liderliyin inklüziv və davamlı modelinin formalaşmasına xidmət edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”