AZXEBER.COM Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin aktual.az - a müsahibəsini təqdim edir:- Elşən müəllim, son günlər Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azərbaycan hakimiyyəti ilə bağlı verdiyi dolaşıq açıqlamaları hansı səbəblərlə bağlayırsız: sizcə bu Vaşinqtondan gələn təlimatdır, yoxsa səfirin şəxsi düşüncələrimi?- Əvvəla, əgər söhbət şəxsi düşüncədən gedirsə, o zaman ondan başlayaq ki, səfir də daxil diplomatik korpusun istənilən nümayəndəsi həmin düşüncələri bəlli bir çərçivəni gözləmədən bəyan etməkdə, bölüşməkdə sərbəst deyil. Ola da bilməz! Niyə ola bilməz? Ona görə ki, adamın adı üstündə - Səfir! Yəni təmsilçi. Və ya Morninqstar Azərbaycana turist ya da siravi Amerika vətəndaşı olaraq deyil, diplomatik missiyanın nümayəndəsi, daşıyıcısı olaraq gəlib. Diplomatik fəaliyyətin təyinatı, səlahiyyət çərçivəsi və bu kimi sair-ilaxırlarsa daxili qanunvericiliyin, eyni zamanda Beynəlxalq Konvensiyaların tələbləri ilə müəyyən olunur. Həm də konkret göstərişlərlə. Və mən bildiyim qədər də həmin göstərişlər cənab səfirin son bəyənatları ilə tam ziddiyyət təşkil edir.O ki qala, Vaşinqtondan hər hansı bir təlimat alma məsələsinə, düşünürəm ki, bu barədə az da olsa fikir yürütmək olar. Amma o mənada yox ki, tutaq Qərbin Azərbaycanla bağlı hər hansı bir planı var və s ilaxır. Qətiyyən. Sadəcə məsələ burasındadır ki, okeanın o tayında oturanlar bəzən özlərində hansısa sığortalayıcı addımların atlılma zərurətini hiss edirlər. Bu Rusiya faktoru ilə də bağlı ola bilər, digər səbəblərlə də. Ya da ümumən səbəbsiz. Əlqərəz, ortalıqda bəlli bir kriteriya yoxdur ki, barı o həndəvərdə baş sındırıb təfsilatlı bir qənaət hasil edəsən. Amma mövzunun bir də qaranlıq tərəfi var və həmin qaranlıq məqam bilirsinizmi özünü nədə ehtiva edir? – Qarşı tərəfin anlaşılmaz, abstrakt mərkəzdənqaçmalarında! Və ya fikrimi bu cür izah edim: bəzən dövlətə də, hakimiyyətə də, vətəndaş cəmiyyətinin ixtiyari bir nümayəndəsinə də, hətta mətbuatdan, ictimai-siyasi proseslərdən azacıq məlumatı olan siravi vətəndaşa da maraqlı gəlir ki, tutaq məsələn Morninqstarın “Azadlıq” radiosuna günün günorta çağı, durduq yerdə qıcıqlandırıcı müsahibə verməsinin səbəbi nə idi? Ya da belə deyək: Adam nə demək istəyib, amma deyə bilməyib? Bəlkə ümumiyyətlə heç nə demək istəməyib, sadəcə qaş düzəltmək istəyərkən vurub göz çıxarıb? Hər halda hər şeyin dəqiqliyini və təfsilatını cənab səfirin özü bilir.- Amma yəqin razılaşarsınız ki, haqqında danışdığımız müsahibənin məzmunu sıradan bir xarakter daşımırdı.-Tamamilə haqlısız. Çox böyük ehtimalla bu müsahibə öncədən razılaşdırılmışdı. Hətta güman edirəm, sualları belə səfir “Azadlıq”ın studiyasına özü ilə bərabər gətirmişdı. Yəni bu müsahibədən çox monoloq xarakterli idi.- Konkret səbəb haqda mülahizələrinizi bölüşmədiniz.- Bu dəmdə bilirsinizmi yadıma nə düşdü? Anadolu türklərinin gözəl bir aforizmi: “Bayram deyil, seyran deyil, eniştem beni nədən öpdü”? Bax səfirin qəfil müsahibəsi də mənə həmin söhbəti xatırlatdı. Və bir daha təkrar edirəm: Təbii, səbəbsiz heç nə yoxdur. Fəqət, kaş o səbəbləri səfirin öz dilindən eşidib biləydik ki, dil altda “mus-mus” eləməyin məram və məqsədi nədir.- Morninqstar Azərbaycan hakimiyyətinin monolit olmaması haqqında da fikir yürüdüb...- Məncə səfirin bu fikrinə ən tutarlı cavab, eyni zamanda həmin ittihamın fonunda ən bariz görk 20 illik bir müddətdə öz monolitliyinə toz belə qondurmayan hazırki hakimiyyətin, mövcud iqtidarın varlığıdır.- Amma mətbuat illərdir daxili çəkişmələrdən yazır və iddia olunur ki, bu monolitlik sadəcə görüntü xarakterlidir. Yəni komandada ümumi qaydalara tabe olmayan yetərincə məmur var.- Kökündən yalnış fikirdir.- Həm də, bəzən sizin özünüzün belə üzərinə gedib konkret məsələlərdə ittiham etdiyiniz məmurların var olmasına rəğmən, eləmi?- (gülür) Elədir...- Və ya?- Dövlətə və vətəndaşa xidmət etməyən məmur enində - sonunda öz cəzasını alır. Həm də həmin haqqında danışdığımız monolitliyə zərər vurma fürsəti qazanmadan.- Həmin məmurlardan bir neçəsinin adını çəkə bilərsiz?- Mən öz müsahibələrimdə və açıqlamalarımda onların adlarını yetərincə çəkmişəm.- Yaxşı bəs ideal, hesab etdiyiniz məmur varmı?- Kifayət qədər.- Bu sırada necə, ad çəkə bilərsiniz?- İşinin peşəkarı olan hər kəs həmin sıradadır. Və mən sizə bir məqamı da deyim: Baxın, illərdir siyasətdəyəm, az-çox tanınıram və s ilaxır. Amma inanın, bəzən mən özüm tutaq hansısa məmura rahat bir formada sözümü və ya fikrimi deyə bilmirəm. Həmin adamla kontakta çıxa bilmirəm. Özlərini elə aparırlar, sanki alçaq dağları bunlar yaradıb. Və həmin anda dərhal, qeyri-ixtiyari düşünürəm ki, əgər üzdə olan birinə qarşı bu münasibət varsa, o zaman vay olub həmin məmurun qəbuluna gələn ya da ona işi düşən digərlərinin halına. Tam ciddi sözümdür. Hətta fakt da deyim sizə. Məsələn, mən rəsmi dövlət qeydiyyatlı bir partiyanın rəhbəri olmama rəğmən 10 ildir hörmətli Kərəm Həsənovdan rəhbərlik etdiyim təşkilata - həmin təşkilatın qanuni haqqı olan, daha dəqiqi dövlətin ona ayırlmalı olduğu qərərgahı ala bilmirəm. Və əgər belə bir durum mənim başıma gəlirsə gəlin hamımız oturub təsəvvür edək ki, Kərəm müəllimin idarəsinə iş dalınca gedən bir başqaları hansı əziyyətləri çəkir.- Sualım - sizin ideal hesab etdiklərinizlə bağlı idi, amma...- İmkan verin, fikrimi bitirim. Sözümü ona gətirirdim. Mən ümumiyyətlə nə yaşadığımız həyatda nə də fərdi, subyekti olduğumuz cəmiyyətdə ideal anlayışını geniş mənada özümə yaxın buraxan insanlardan deyiləm. Bunun da çox ciddi səbəbləri var. Və təbii, o səbəbləri burada xırdalamayacam. Amma eyni zamanda bütün bu söylədiklərimlə bərabər, şəxsən mənim anlamımda, düşüncəmdə, ürəyimdə peşəkar, işini bilən, millətini sevən, öz dövlətinə gərəkli olan və ələlxüsus insanlığını, şərəfini, kişiliyini qorumağı bacaran məmurların da ayrı bir tablosu var. Onların isə hər bir ilə həm şəxsi anlamda, həm siyasi fərd olaraq, həm də bir vətəndaş kimi qürur duyuram. Bax, bayaq - dediyim fikirlərin tam əks qütbündə durduğunu düşündüyüm məmurdan misal çəkdim. Qoy bir bir ad da bu tərəfdən çəkim: Məsələn, Əli Həsənov. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri. Vəzifəsinə də, ağlına da, şəxsiyyətinə də görə çoxlarını geridə qoyacaq biri. Amma inanın, mən o insanla münasibətimdə bir dəfə də olsun subardinasiya xatırlatması hiss etməmişəm. Yəni o da böyüklüyünü bu cür göstərib. Bəzən hətta elə olub, bu qədər işin-gücün sahibini adi bir səbəbdən tez-tez narahat etdiyimin gec də olsa fərqinə varmışam. Fəqət, tam səmimi deyirəm: o insan hər dəfəsində öz böyüklüyünü göstərmiş olsa da, bir dəfə də olsun mənə öz kiçikliyimi xatırlatmayıb. Bax bu cür insanları qorumalıyıq. Həm vəzifəsinə, həm böyüklüyünə, həm də kişiliyinə sahib çıxanları. Və bu sözlərimi kim necə qəbul edəcəksə, etsin. Mən sadəcə içimdən gələnləri deyirəm.- Elşən müəllim, son günlər dövri mətbuat hakimiyyət düşərgəsində ciddi kadr dəyişikliklərinin olacağı ilə də bağlı davamlı anonslar verir. Sizcə belə bir gözlənti varmı?- Hakimiyyət komandasından gedəcək, ya da həmin komandaya gələcək məmurların adı və siyahısı yalnız Cənab Prezidentə məlumdur. Odur ki, indi və bundan sonra deyiləcək, söylənəcək, yürüdüləcək bütün ehtimallar ta ki, reallaşmayana qədər elə ehtimal olaraq da qalacaqdır.- Və nəhayət, son sual: özünüzü məmur olaraq ciddi bir postda görürsünüzmü?