Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib

Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib
SİYASƏT
17:26 28.01.2020
6074
Nazirlər Kabineti "Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi və "Hökumət rabitəsindən istifadə Qaydaları”nın və "Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar verib.
 
AZXEBER.COM-un xəbərinə görə, qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla "Xüsusi rabitə növlərindən istifadə Qaydaları” təsdiq edilib.

Bu Qaydalar "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hazırlanıb və hökumət, xüsusi dövlət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitələrindən (xüsusi rabitə) istifadə qaydalarını müəyyən edir. Xüsusi rabitədən yalnız xüsusi rabitə ilə təmin olunan vəzifəli şəxs istifadə edə bilər.

Xüsusi rabitənin telefon aparatının quraşdırılması, digər yerə köçürülməsi, təmiri, söndürülməsi, çıxarılması (mobil xüsusi dövlət rabitəsinin telefon cihazının verilməsi, geri alınması, təmiri), habelə aparatdan (cihazdan) istifadə mümkün olmadıqda əvəz olunması yalnız Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilir.

Xüsusi rabitə ilə vəzifəli şəxs məxfi danışıqlar apara bilər.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq xüsusi dövlət rabitəsi, həmçinin dövlətlərarası hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər və Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin, habelə digər dövlətlərin dövlət orqanlarının rəhbərləri arasında məxfi telefon danışıqları aparıla bilər. Bunun üçün xüsusi dövlət rabitəsinin növbətçi operatoruna ("DHR” düyməsini basmaqla) sifariş verilməlidir.

Vəzifəli şəxs istifadəsində olan xüsusi rabitənin telefon aparatının (cihazının) kənar şəxslər tərəfindən istifadəsinə yol verməməli, mobil xüsusi dövlət rabitəsinin telefon cihazını nəzarətsiz 3 yerdə saxlamamalı və telefon aparatına (cihazına) vurulmuş stikerlərin (yapışqanlı plomb) bütövlüyünü qoruyub saxlamalıdır. Xüsusi rabitənin xətlərini digər telekommunikasiya vasitələrinə qoşmaq, telefon aparatına müdaxilə etmək, telefon aparatına cüt qoşulma və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır.

Xüsusi rabitənin telefon aparatının quraşdırıldığı otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi orqan (qurum) tərəfindən Agentliyin mütəxəssisləri ilə birlikdə həyata keçirilir.

Bu Qaydaların tələblərini pozan vəzifəli şəxsin xüsusi rabitəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin tapşırığına əsasən söndürülür və ya telefon aparatı çıxarılır (mobil xüsusi dövlət rabitəsi dayandırılır və ya telefon cihazı geri alınır).

Azərbaycan Respublikasının Xüsusi rabitəsinin telefon məlumat kitabçası Agentlik tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur. Məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, vəzifəli şəxsin iş və (və ya) ev telefonlarının nömrələri, vəzifəsi dəyişildikdə, habelə xüsusi rabitənin telefon aparatının (cihazının) işində nasazlıq yarandıqda və ya nömrə yığımında birləşmə mümkün olmadıqda, bu barədə Agentliyin növbətçi operatoruna məlumat verilməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
Bankomatda qalan pulu oğurlayan  şəxs saxlanıldı
14:07 17.03.2026
Bankomatda qalan pulu oğurlayan şəxs saxlanıldı