Vəzifəyə gəldikdən bir neçə gün sonra öldürüldü

DÜNYA
11:59 07.10.2024
222
Narkotik zorakılığı ilə mübarizə aparan Meksikanın Gerrero şəhərinin meri vəzifəyə gəldikdən bir neçə gün sonra öldürülüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Alexandro Arkos bazar günü Meksikanın Chilpancingo şəhərində ölü tapılıb. 

Məsələ ilə bağlı prokurorluq açıqlama verib.
 
Arkosun hücum nəticəsində öldüyü bildirilsə də, hadisə ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Arkosun sosial mediadakı paylaşımları göstərir ki, o, keçən ay güclü daşqınlara səbəb olan Con qasırğasından sonra günlərini fəlakətin aradan qaldırılması işlərinə nəzarət etməklə keçirib.

Ölümündən bir neçə saat əvvəl onun yerli sakinlərlə görüşlərinin fotoları paylaşılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR