“Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir” - Əli Əhmədov

“Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir” - Əli Əhmədov
SİYASƏT
12:37 03.04.2020
3538
"Amansız virusun törətdiyi insan faciələri qarşısında aciz qalan ölkələrin acı təcrübəsi hər birimizə ibrət dərsi olmalıdır. Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov rəsmi feysbuk səhifəsində yazıb. 

O qeyd edib ki, koronavirus pandemiyasının bir sıra ölkələr üzrə statistikası insanı dəhşətə gətirir: "Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir. Azərbaycan hökuməti virusa yoluxmaların qarşısının alınması və yoluxanların müalicəsi üçün Prezident İlham Əliyevin tapşırığı ilə və bilavasitə nəzarəti altında mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Lakin təhlükəli virusun yayılmasının və böyük faciələrə gətirib çıxarmasının qarşısının alınmasında hamının və hər kəsin iştirakı həyati əhəmiyyət kəsb etməyə başlayıb. Acı reallıqlarla və tükürpədən faciələrlə üz-üzə qalmış ölkələrin təcrübəsi göstərir ki, ayrılıqda götürülmüş fərdin sağlamlığı hamının, bütün cəmiyyətin sağlamlığı dərəcəsinə yüksəlib. Hər kəsin şəxsi məsuliyyət dərəcəsi heç zaman olmadığı qədər əhəmiyyət və dəyər kəsb etməyə başlayıb. Söhbət nə qədər şəxsi sağlamlığından, yaxınların sağlamlığından gedirsə, o qədər də dövlət və milli maraqlardan gedir. 

İndiki həssas anlarda şəxsi məsuliyyət, birlik və həmrəylik anlayışları mahiyyət etibarilə çox sadə düstura malikdir: evdə qal, özünü virusa yoluxdurma, ata-ananı, övladlarını və nəvələrini virusa yoluxdurub təhlükə altına atma. 

Bu sadə, lakin həyati məna daşıyan tələblərə biganəlik göstərilməsi acı nəticələrə gətirən, bağışlanmaz səhv və günah olardı. Gəlin bağışlanmaz səhv etməyək, günaha batmayaq. Həm özümüzü və yaxınlarımızı, həm də xalqımızı dəhşətli faciələrdən birlikdə qoruyaq. Gəlin qarşıdakı üç həftədə "EVDƏ QAL ” şüarını gələcəyimiz naminə həyat tərzimizə çevirək. Buna hər birimizin, bizim sevdiklərimizin və bizi sevənlərin çox, lap çox ehtiyacı var”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb