Avqustun 27-də Göyçay Rayon Məhkəməsində keçmiş deputatlığa namizəd Vidadi İsgəndərliyə hökm oxunub. Hüquq müdafiəçisi 3 il müddətinə azadlıqdan məhrum edilir. Hökm oxunandan sonra prosesdə qarışıqlıq yaranıb. Polis etirazlara müdaxilə etdikdən sonra ara sakitləşib. Qeyd edək ki, V.İsgəndərli Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirli bilinib. /// lent.az