Sayt Amerikalı təşəbbüskar Cimmi Vales tərəfindən wikipedia.org ünvanında açılıb. "Dəyişdir düyməsinə basaraq, ‘Salam Dünya yazdım." deyə saytın ilk qurulduğun gündən danışan Vales, onda saytın cəmi 3,5 milyon məqalə və 23 milyon səhifəyə sahib olduğunu deyib. Vikipedia 100 min nizamlı yazar tərəfində yaradılan və təxminən 270 dildə ödənişsiz və açıq məqalələr təqdim edir. Saytda 17 milyon İngiliscə məqalə var. Bu rəqəmə hər gün 1100 məqalə daha əlavə olunur.
Sayt səhv məqalələrin əlavə olunmasının qarşısını almağa çalışsa da, "Vikipediadakı bəzi məqalələr, səhv məlumatlar ehtiva edə bilər." xəbərdarlığı da var.
Vikipediada özü ilə əlaqədar məqalədə belə yazılır: "Vikipedia, istifadəçiləri tərəfindən ortaq olaraq bir çox dildə hazırlanan, azad, müstəqil, ödənişsiz, reklamsız, qazanc məqsədi güdməyən internet ensiklopediyasıdır. Davamlı dəyişikliklər edildiyi üçün heç bir zaman tamamlanmayacağı düşünülür."