Vilayət Eyvazovun işdən çıxardığı general oğlu kimdir? - FOTO

Vilayət Eyvazovun işdən çıxardığı general oğlu kimdir? - FOTO
SOSİAL
17:58 21.01.2022
476

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb. U.Şirinov sərəncama götürülüb.

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur.  Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.
OXŞAR XƏBƏRLƏR