Vilyam Hacıyevlə Əsabil Qasımovun mandat davası başladı - TƏFƏRRÜAT

Vilyam Hacıyevlə Əsabil Qasımovun mandat davası başladı - TƏFƏRRÜAT
Bütün Xəbərlər
17:05 27.08.2015
1491
Vilyam Hacıyev Əsabil Qasımovun yerinə öz adamını millət vəkili seçdirmək istəyir?!
Parlament seçkilərinin başlanmasına çox qısa vaxt qalıb. Artıq bəzi oliqarxlar deputat mandatı almaq üçün hərəkətə keçiblər. Xəlvəti şəkildə dairələrin ərazisində seçicilər arasında şaiələr yayılır, deputat olmaq üçün insanlara maddi yardımlar olunur və vədlər verilir.
AZXEBER.COM gundeminfo.az-a istinadən xəbər verir verir ki, belə şəxslərdən biri də İmişli rayonunda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarəsinin rəisi Saleh Səmədovdur. Saleh Səmədov Əsabil Qasımovun gözdənsalınması üçün ölkə çapında əlindən gələni edir. Xüsusilə də rayonun deputatı ilə icra başçısı Vilyam Hacıyev arasında münasibətlərin gərgin olmasından çox məmnundur. Məlumat verən mənbə iddia edir ki, Saleh Səmədov ətrafındakı yerli mirzələrin vasitəsilə Əsabil Qasımov haqqında mənfi rəy yaratmaq üçün Bakıya informasiyalar ötürməklə məşğuldur.
Son günlər 79 saylı seçki dairəsi ərazisində özünə seçki komandası toplamaq istəyən saleh Səmədov ciddi şəkildə planlar qurur. Məlumata əsasən S.Səmədov özünə məxsus "Komfort" restoranında hər gün xeyli sayda insana qonaqlıq verir. İmişli rayonunda böyük biznes imkanları olan Səmədovun Konyak Zavodu da var. Bilgilərə əsasən o, zavoda işləyən bütün işçiləri rayon ərazisində deputat olmağa hazırlaşması ilə bağlı xəbərləri yaymaq tapşırığı verib.
Rayondakı mənbələr bildirir ki, S.Səmədov kəndlər üzrə nüfuzlu şəxsləri axtarıb taparaq onlara yardım edir. Böyük ehtimalla oliqarx-məmur bu vasitə ilə seçkilər dövründə namizəd olaraq onların imkanlarından yararlanmağa çalışır. Səmədovun namizədliyə hazırlaşmasını rayon sakinlərindən biri belə ifadə edir: «Heç vaxt ictimayyət arasında gözə dəyəmən Saleh Səmədov, son zamanlar kütləvi çayxanalarda tez-tez görünür. Ona yaxınlaşan hər kəsə dəstək olur. Kimin kəndlərə getməyə imkanı yoxdusa, ona dəstək olur. Kim ondan pul istəyirsə, pul verir. Qonaqlıqlar vəd edir. Onun bu aralar üzə çıxması deyilənlərin təsdiqidir. Deyəsən Saleh müəllim deputat olmaq istəyir».
Maraqlıdır ki, Saleh Səmədov icra başçısı Vilyam Hacıyevə güvənərək yerli məmurların heç biri ilə hesablaşmır. Elə bu aralar bir neçə dəfə icra başçısından diplomlar alan bu oliqarx-məmur rayonda deputat olacağına dair ən yüksək səviyyədən siyasi qərar aldığını bildirmir.
Qeyd edək ki, hələlik Hakim Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərlə bağlı olaraq siyahısını açıqlamayıb. YAP-dan mətbuata verilən açıqlamada bildirilib ki, seçkilərə rəsmən start verilməsinə dair dövlət başçısının imzalayacağı sərəncamdan sonra siyahı ictimayyətə açıqlanacaq. Görünür elə Saleh Səmədov da bir dövlət məmuru kimi ona yasaq elan olunan biznesini güvənə almaq üçün deputat olmaq istəyir. Və İmişli rayonunda da belə xəbərlərin yayılması təsadüfi deyil.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR