"Virusun artmasının bütün səbəbi bunlardır" - Deputat toy edənləri qınadı

"Virusun artmasının bütün səbəbi bunlardır" - Deputat toy edənləri qınadı
SOSİAL
11:45 12.03.2021
1339
Çox təəssüflər olsun ki, koronavirus pandemiyası il ərzində öz gedişində qeyri-müəyyənlik nümayiş etdirir.

AZXEBER.COM bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, yenə də karantin rejiminin yumşaldılması insanların arxayınçılığına gətirib çıxardı:

"Bir az yumşalma olan kimi insanlarda elə təəssürat yaranır ki, sanki virus tamamilə qurtarıb. Ancaq bu belə deyil. Çox təəssüf olsun ki, insanlar yenə də qaydalara ciddi riayət etmədi, hətta biz mətbuatdan gördük ki, 100-120 nəfərlik toy məclisi təşkil edən insanlar da oldu. Virusun artmasının bütün səbəbi bunlardır. 100 nəfər insan bir yerə toplaşırsa, orada yoluxma olmalıdır".

Deputat vurğulayıb ki, artıq aktiv xəstələrin sayı beş minə yaxınlaşır: "Bundan sonra da biz qaydalara əməl etməyəcəyiksə və bu say artacaqsa, məhdudiyyətlərin gücləndirilməsi zərurətə çevriləcək.

Xüsusən də nəzərə alsaq ki, qarşıdan Novruz bayramı gəlir və xalqımızın bayramda qonaq getmək kimi ənənəsi var, bu səbəbdən virusun yayılma təhlükəsi daha realdır.Novruz bizim ən yüksək şəkildə qeyd etdiyimiz milli bayramımızdır. İnsanlar qonaq getmək istəyəcəklər, ailələr şənlik keçirtmək istəyəcəklər və təbii ki, bu, onların haqqıdır.

Amma biz bu virusla mübarizədə birlik nümayiş etdirməliyik. Ona görə də bayramqabağı sıxlığın qarşısını almaq üçün Operartiv Qərərgah tərəfindən qəbul edilə biləcək qərarları anlayışla qəbul etməliyik. Nəzərə almalıyıq ki, bu gün dünya çox təhlükəli bəla ilə üz-üzədir və bu bəlaya qarşı biz birlikdə mübarizə aparmalıyıq və vətəndaş olaraq bu mübarizəyə kömək etməliyik. Əgər bu gün yoluxanların sayı 600-dürsə, sabah 1000 olacaqsa, sərtləşdirmə tədbirlərinə gedilməsi labüddür. İnsanlar bunun olmaması üçün sıxlıq yaratmamalı, qaydalara riayət etməlidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib