“Azgranata”şirkətinin məhsulları sırasına daxil olan “Vita 1000” meyvə şirələri ilə bağlı AZXEBER.COM portalının redaksiyasına yeni məlumat daxil olub.
Oxuculardan birinin göndərdiyi məktubda meyvə şirəsinin içərsindən milçəyin çıxdığını yazıb. O bu məsələ ilə bağlı çəkilmiş şəkilləri də göndərib.
AZXEBER.COM portalı məsələnin insan sağlamlığı üçün önəmli olduğunu nəzərə alaraq, “Azgranata”şirkəti ilə əlaqə saxlayıb. Şirkət nümayəndəsi Renat bəyin AZXEBER.COM-a verdiyi məlumata görə, bu cür iddialar tamamilə absurddur və bu şirkətin rəqibləri tərəfindən atılmış addımdır: “Bizim məhsulların hər biri xüsusi mütəxəssislər tərəfindən hazırlanır. Mən jurnalistləri bizim fabrikdə məhsullarımızın hazırlanma prosesi ilə yaxından tanış olmağa dəvət edirəm. O zaman özünüz də bizim dediyimizin doğru olduğunu görəcəksiniz”.
P.S AZXEBER.COM portalı fotolarla bağlı heç bir məsuliyyət daşımır
Gülnarə Bayramova