Vita1000 meyvə sularının istehsal prosesi gənclərin gözündə

Vita1000 meyvə sularının istehsal prosesi gənclərin gözündə
Bütün Xəbərlər
08:19 20.04.2012
2394

“Az-Granata” MMC və Azərbaycanın İLK Gənclər klubu “IB Club” “Vita1000 istehsal zavoduna ekskursiya” adlı birgə layihə həyata keçirib. Layihənin keçirilməsində məqsəd Azərbaycanın ən aktiv gənclərini zavodla və “Vita1000” meyvə sularının istehsal prosesi ilə tanış etmək olub. Ağsu rayonunda yerləşən “Az-Granata” zavodundakı istehsalat prosesindən məmnun qalan “IB Club” üzvləri “Vita1000” meyvə sularının heç bir qatqısız, kimyəvi maddə olmadan hazırlandığına əmin olublar. Zavodun direktoru Rövşən Fərhadov və işçi heyəti gənclərə istehsal prosesi barədə məlumat veriblər. Ekskursiya 14 aprel 2012-ci ildə keçirilib və ekskursiyada müxtəlif universitetlərdən 40 nəfər iştirak edib.

OXŞAR XƏBƏRLƏR