"Vitiloqo xəstəliyindən əziyyət çəkənlərə şad xəbər" - Dermatoloq Azər Şamilov açıqladı

SAĞLAMLIQ
22:10 28.01.2019
5778
Vitiloqo xəstəliyi dünyada geniş yayılmış xəstəliklərindəndir. 
 
Dermatoloq Dr. Azər Şamilov bildirir ki, Vitiloqo xəstəliyinin müalicəsinə aid müsbət irəliləyişlər var.

İmmun sisteminin öz-özünə hücumu ilə əmələ gələn, dəri piqmentlərinin itirilməsi ilə müşahidə olunan vitiloqo, el arasında "ala xəstəliyi" üçün tibb elmi illərlə dəyişik müalicə metodları icad etməyinə baxmayaraq yaranma səbəbi məlum deyildi və buna görədə müalicəsi tapılmırdı.

Son illərin araşdırmalarında tapılan kəşflər, bu xəstəliyin müalicəsində fərqli və çox müsbət nəticələrə gətirib çıxartdı.

Dermatoloq Dr. Azər Şamilov vitiloqo xəstəliyi haqqında gərəkənləri açıqladı: "Vitiloqo neçə illər ancaq dəri xəstəliyi kimi tanınıb və müalicəsidə buna uyğun aparılıb. Ancaq dəriyə fokuslanaraq lokallaşdırılmış müalicələrin həyata keçirilməsi, kremlərdən istifadə və şüa müalicələrinin tətbiqi xəstəliyin müalicəsində müvəqqəti həll yolu olmuş, xəstəlik sonradan təkrarlanıb və hətta pisləşdiyi hallarda olub. Ancaq son illərdə xəstəliyin əsl səbəbi ortaya çıxıb, autoimmün yəni əsasında immun sistemi olan bir xəstəlik olduğu təsdiqləyib. Bununlada vitiloqo xəstəliyinin müalicəsində yeni ümidlər yaranıb.

Dr. Azər Şamilov vitiloqo haqqında gərəkənləri belə sıraladı:
- Vitiloqo sadəcə dəri xəstəliyi deyil.
- Vitiloqo özündə başqa xəstəlik və ya risk faktorlarını daşıyır.
- Vitiloqo ilə bərabər vitamin əskikliyi araşdırmalıdır.
- Vitiloqo immun sistemi ilə bağlı bir xəstəlik olub, immun sistemini zəifləməsinə səbəb olur. İmmun sistemi gücləndikdə, xəstəlik tamam yox ola bilər və ya məhdud sayda qala bilər.
- Vitiloqoda mütləq tiroid vəzi xəstəlikləri araşdırmalıdır. Endokrinoloq müayinəsi şərtdir

Ağ ləkə xəstələrinə ümüd işığı!

- Vitiloqoda qida dəyəri mütləq araşdırmalı və buna özəl diet başlanılmalıdır.
- Vitiloqoda mədədə "Helikobakter Pylori" mütləq araşdırmalıdır.
- Vitiliqoda insulun dirənci, şəkərə meyillilik və şəkər xəstəliyi araşdırmalı və tapılarsa müalicə edilməlidir.
- Vitiloqo xəstəsinin xərçəngə, xüsusilə tiroid və kolon xərçənginə yoluxma riski normal insanlara görə daha yüksəkdir.
- Vitiloqo xəstəsinin "Rematoid Artrit', 'Behçet', 'Ankilozan Spondilit' , 'Lupus', 'Hashimoto' "Sifilis" kimi xəstəliklərlə yanaşı yaranma riski yüksəkdir.
- Vitiligoda bağırsaq problemlərindən 'Kandidiazis', 'Klostridium', 'Disbiozis' olması araşdırmalı və tapılarsa müalicə edilməlidir.

Dermatoloq bildirir ki, "Vitiliqonun tək təsirli və daimi müalicəsi immunoterapiya, yəni immun sistemi düzəltmək müalicəsidir. Bu müalicə eyni zamanda digər risk faktorlarını da hər insana individual olaraq ortadan qaldıracaq. İmmunoterapiya ilə sistemli müalicə təmin edilir, yəni immun sistemində olan bütün problemlər tapılır, həll olunur, təsirli və daimi müalicə ilə təmin edilir"
 
Ünvan: MedEra  Hospital, 8-ci mkr., Ə.Naxçıvani küç., 53

Mob: ‭+994 55 335 99 85‬

instagram: @dr.shamilov.azer

Facebook: @dr.shamilov.azer
 

 



OXŞAR XƏBƏRLƏR