Bağdad məhkəməsi İraqın vitse-prezidenti Tariq Haşemini qiyabi olaraq ölüm cəzasına məhkum edib. Adı gizli saxlanılan hakim Türkiyəyə sığınmış Haşemini xalqa qarşı çoxsaylı cinayətlərdə, o cümlədən, şiyələrə və təhlükəsizlik qüvvələrinə qarşı “ölüm tağımları” təşkil etməkdə təqsirkar bilib. Ölüm cəzası eyni zamanda Haşeminin kürəkəni və əvvələr katibi olmuş Əhməd Kaxtana aid edilib.
Qeyd edək ki, İraqın şiyə hökuməti dekabr ayından bəri süni vitse-prezidenti 2005-2011-ci illər ərzində ümumilikdə 150-çox partlayış, qətl və hücumlar törətməkdə ittiham edib. Türkiyəyə sığınmış Haşemi bütün ittihamları rədd edərək, məhkəmə prosesinin siyasi xarakter daşıdığını bəyan edib.