Vitse-spiker: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə təəssüf doğurur"

Vitse-spiker: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə təəssüf doğurur"
SİYASƏT
12:02 06.10.2023
218
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə təəssüf hissi doğursa da, bizi təəccübləndirməməlidir".

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin payız sessiyasının oktyabrın 6-da keçirilən plenar iclasında Avropa Parlamentinin ötən gün qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.

"Biz bu boz üzləri, nimdaş sifətləri 30 ildən artıqdır görürük. Biz son addımlarımızla da onları çox çətin duruma salmışıq. Təbii ki, bu da nəticəsiz ötüşə bilməzdi. Cənubi Qafqaz siyasətində çox biabırçı məğlubiyyətə düçar olan Fransa və onun rəhbərliyi Azərbaycana qarşı münasibətini bu cür ifadə etdi. Çünki əlindən başqa nə gələ bilər?! Qərəzli qətnamə yalnız Ermənistanı sakitləşdirmək üçün atılan addımdır. Bir sözlə, Azərbaycana heç bir təsiri olmayacaq”, - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR