Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ

SOSİAL
15:57 12.02.2025
410
Uşaqlarda yad cismin udulması halı yaşanarsa, valideynlər öncə çöpçüyə yox, mütəxəssislərə müraciət etsinlər.

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev "Uşaqlarda yad cismin udulması” mövzusunda danışarkən bildirib.

O bildirib ki, tibbi savadı olmayan şəxslərin sözügedən halla əlaqədar uşaqlara müdaxiləsi düzgün deyil:

"Bu işlə mütəxəssislər məşğul olmalıdır. Əgər uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir. Biz çöpçülərdən gələn ağır halları görürük”.

OXŞAR XƏBƏRLƏR