Övladını itirən vəkilin kədəri: Psixoloqdan məsləhətlər

Övladını itirən vəkilin kədəri: Psixoloqdan məsləhətlər
SOSİAL
17:09 29.11.2025
122
Son zamanlar ard-arda baş verən faciələr insanların həyatına təsirsiz ötüşmür. Hər bir belə hadisədən ən çox zərər görənlər isə həyatını itirən şəxslərin yaxınları olur. Ötən həftə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 7 yaşlı qızını itirən tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkədə övladı ilə birgə fotosunu paylaşıb. O, paylaşımına qısa, amma dərin mənalı bir cümlə əlavə edib: "Sənə deyə bilmədiyim neçə-neçə söz içimdə düyün-düyün qalıb.”

Ümumən belə ağır itkilərlə üzləşən insanlar psixoloji cəhətdən hansı addımları atmalıdırlar?

Psixoloq Nabat Mirzəyeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, yaxınını itirmək insan üçün həm psixoloji, həm də bioloji baxımdan olduqca sarsıdıcı təsir göstərən bir hadisədir:

"Yaxınını itirmək insan üçün həm psixoloji, həm də bioloji baxımdan olduqca sarsıdıcı təsir göstərən bir hadisədir. Bu təsir günlərlə, həftələrlə, aylarla, bəzən isə təəssüf ki, illərlə davam edə bilər. Yas və kədər mərhələsi hər insanda fərqli şəkildə yaşanır. Yaxınını itirmiş bir insan müəyyən dövrlərdə özünü qəmgin, emosional olaraq çökmüş və sanki dünyanın sonuymuş kimi hiss edir. İlk günlərdə bu hisslər daha kəskin olur, zaman keçdikcə isə insan həmin boşluğu daha dərindən hiss etdikcə kədər də artmağa başlayır. Bu mərhələdə bir çox insan özünü günahlandırmağa meyl edir.  "Kaş belə etməzdim”, "Kaş ona daha çox sevgi göstərərdim”, "Kaş daha çox vaxt keçirərdik” kimi fikirlərə düşürlər. Bu düşüncələr peşmanlıq hissini artırır və yasın daha da dərinləşməsinə səbəb olur”.

Psixoloq qeyd edib ki, insanlar başa düşməlidir ki, belə hallar hər kəsin həyatında baş verir: 

"Yas hər bir insanın həyatında ola biləcək bir haldır. Ondan qaçmaq, onu yaşamamağa çalışmaq insanı sağaltmır, əksinə, daha da çətinləşdirir. Bu səbəbdən duyğularımızı boğmamalıyıq. Məsələn, ağlamaq istəyiriksə ağlamalı, hiss etdiyimiz kədəri ifadə etməliyik. Bu prosesin içimizdən gəldiyi kimi keçməsi çox vacibdir. Eyni zamanda yaxın bildiyimiz insanlarla danışmaq da böyük kömək edir. İnsan bu dövrdə dünyasını dəyişən yaxınından danışmaq istəyir: "Biz belə idik”, "Onunla belə xatirəm var idi” və s. Danışa-danışa, paylaşa-paylaşa içindəki duyğuları boşaltmağa başlayır. Ətrafdakı insanların isə bu vaxt dinləyici və dəstəkçi olması son dərəcə vacibdir. Bu mərhələdə özünü günahlandırmaq əvəzinə həmin insanla bağlı gözəl xatirələri yada salmaq daha faydalıdır. Çünki heç nəyi geri qaytarmaq mümkün deyil, amma xatirələri yaşatmaq və onları sevgi ilə anmaq mümkündür”.

N.Mirzəyeva vurğulayıb ki, insan özünü sakitləşdirəcək fəaliyyətlərə yönələ bilər:

"Dua etmək, qısa gəzintiyə çıxmaq, təmiz hava almaq, sakit mühitdə vaxt keçirmək lazımdır. Tədricən sosial həyata, işə, gündəlik məşğuliyyətlərə qayıtmaq da sağalma prosesinin bir hissəsidir. Vacib olan odur ki, dünyasını dəyişən insanı unutmaq deyil, onun xatirəsini sağlam şəkildə yaşatmaq, kədəri mərhələli şəkildə qəbul etmək və özünə qarşı mehriban olmaq lazımdır. Günahkarlıq hissi yox, həmin insanla bağlı xoş xatirələri yaşatmaq daha doğru yanaşmadır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
14:16 03.03.2026
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi
Ukraynada prezident seçkiləri nə vaxt keçiriləcək? - Zelenskidən açıqlama
13:47 03.03.2026
Ukraynada prezident seçkiləri nə vaxt keçiriləcək? - Zelenskidən açıqlama