Övladını məktəbə göndərmək üçün valideynə nə qədər pul lazımdır? - VİDEO

Övladını məktəbə göndərmək üçün valideynə nə qədər pul lazımdır? -  VİDEO
Bütün Xəbərlər
00:23 12.08.2013
1336

Çatışmayan kitabları satışdan əldə etmək üçün valideynlər hər kitaba 3-7 manat ödəməlidir

Yeni dərs mövsümünün başlanmasına bir ay qalıb. Artıq valideynlər övladlarının məktəbə hazırlığı ilə məşğuldurlar. Dərs ilinin başlanmasına bir ay qalsa da şagirdlər və validenylər məktəb alış-verişlərini etməyə başlayıblar. Beş ildir ki, ölkədə vahid məktəbli forması tətbiq edildiyindən, geyim üçün valideynlər Bakı Tikiş Evinin mağazalarına üz tuturlar.Məktəb və təhsil idarələrindn alınan sifarişlərin çoxluğundan Bakı Tikiş Evində istirahət və bayram günlərində də iş dayanmır. Bakı Tikiş Evində 5 sex var və hamısında məktəbli paltarları tikilir. Burada 150 min paltar hazırlanacaq.Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov bildirir ki, anbarda kifayət qədər forma var: ”Bu il sifariş çoxdur. Abşeron, Sumqayıt, Quba bizə sifariş verib. Anbarda 30-40 min forma var, lazım olsa yenə tikiləcək”.Bu il məktəbli formalarının qiymətinə endirimlər edilib. Belə ki, ölçüsü 26 - 44-ə uyğun gələn formaların qiyməti 40 manat, 46-54 olanlar isə 52 manatdır. Əgər valideynlər hansısa mağazada bundan baha qiymətlə rastlaşarsa Bakı Tikiş Evinin qaynar xətti olan 597-45-39 nömrəli telefona məlumat vermə bilərlər. Hazırda satışda olan saxta məktəbli formalarına görə isə qurum məsuliyyət daşımır. Bakı Tikiş Evi öz məhsullarının satışını paytaxtda və Abşeron yarımadasında fəaliyyət göstərən 17 mağazasında həyata keçirir.Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov: “Firma mağazalardan alsınlar və onlara Bakı Tikiş Evi cavabdehdir. Nəsə olarsa, həmin dəqiqə gətirib dəyişdirib, əvəzinə başqasını götürə bilərlər. Amma yerdə qalan bazarlara satılana biz cavabdehlik edə bilmirik”.Məktəbli paltarını alan valideynlərin üz tutduğu növbəti ünvan isə məktəb ləvazimatlarının satıldığı mağazalardır. Hazırda, paytaxtın müxtəlif ərazilərində məktəb ləvazimatlarını müxtəlif qiymətə əldə etmək olar. Bu mağazalarda ləvazimatların orta qiyməti aşağıdakı kimidir:12 vərəqli dəftər 10 qəpik, 40 vərəq 20, 60 vərəqli, 30, 100 vərəqli dəftərin orta qiyməti isə 50 qəpikdir. Rəsm albomunu 1-5 manata almaq olar. Qələmlərin qiyməti isə 20 qəpiklə 1 manat arasında dəyişir. Sadə karandaşın qiyməti 20 qəpikdən 1 manata qədərdir, rəngli karandaşın qutusu 1,5-2 manatadır. Məktəbli boyasını 1,2 - 2,5 manata, pozan və xətkeşi isə 20 qəpikdən 2 manata qədər qiymətə tapmaq olar. Məktəbli çantası isə satış nöqtəsindən və çantanın modelindn asılı olaraq 12-80 manatadır.Şagirdərin dərsliklə təminatı məktəblər tərəfindən həyata keçirilir, amma çatışmayan kitabları satışdan əldə etmək üçün valideynlər hər kitaba 3-7 manat ödəməlidir.Belə vəziyyətdə bir uşağı məktəbə göndərmək üçün valideynə nə az, nə çox 150-300 manat arasında pul lazımdır.

OXŞAR XƏBƏRLƏR