Evlərdən 8 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Evlərdən 8 min manatlıq oğurluq edən şəxs saxlanıldı
HADİSƏ
16:41 13.02.2026
383
Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min manat dəyərində elektrik naqilləri, müşahidə kameraları və işıqlandırma cihazlarını talayıb.
 
Sabunçu RPİ 42-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı C.Cəfərquliyev saxlanılıb.
 
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR