Voleybolçu qızlarımız finalda məğlub oldu

İDMAN
23:21 12.11.2011
1374
Bu gün Bakı İdman Sarayında voleybol üzrə qadınlar arasında keçirilən Avropa olimpiya təsnifat turnirinin final görüşü keçirilib. Yarışın həlledici oyununda Azərbaycan və Bolqarıstan seçmələri üz-üzə gəlib.Kifayət qədər gərgin keçən final görüşünün ilk seti millimiz üçün uğursuz alınıb. Rəqib komandanın blokda güclü oyunu yığma komandamızın birinci seti 25-12 hesabı ilə uduzması ilə nəticələnib. Buna baxmayaraq, komandamız ikinci setdə özünə gələ bilib. Faiq Qarayevin yetirmələri ikinci hissəni 25-21 hesabı ilə irəlidə bitirməklə ümumi hesabı bərabərləşdirib-1:1.Lakin Bolqarıstan seçməsi üçüncü setdə də millimizdən üstün oyun nümayiş etdirərək 25-18 hesablı qələbə ilə yenidən önə keçdilər-2:1. Qələbəni əldən vermək istəməyən yığma komandamız 4-cü setdə əzmkar qələbə qazanaraq hesabda status kvonunu bərpa etdilər-2:2.Finalda ən güclünü müəyyənləşdirmək üçün cütlük tay-brekdə mübarizə aparmalı oldu. Sonuncu, yəni həlledici setdə yığma komandamız 15:9 hesabı ilə məğlub oldu: Azərbaycan - 2, Bolqarıstan - 3.

OXŞAR XƏBƏRLƏR