Volodimir Zelenski Prezident İlham Əliyevə minnətdarlıq etdi

Volodimir Zelenski Prezident İlham Əliyevə minnətdarlıq etdi
SİYASƏT
21:16 19.07.2023
268
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Bu barədə Ukrayna lideri tviter hesabında yazıb.

"Ukraynanın ehtiyacları üçün enerji avadanlığının alınmasına görə yardımın ayrılması qərarını alqışlayıram. Dost Azərbaycanın bu dəstəyi davamlı hücumlar qarşısında Ukraynanın enerji kompleksinin sabitliyini təmin etmək üçün vacibdir. Enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik", - Zelenski qeyd edib.
OXŞAR XƏBƏRLƏR