Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ARB Televiziyasına geniş müsahibə verib.
AZXEBER.COM xəbər verir ki müsahibədə Göygöl rayonunda son illərdə həyata keçirilən sosial-iqtisadi layihələr, infrastrukturun yenilənməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər, eləcə də rayonun turizm potensialı və gələcək inkişaf perspektivləri barədə ətraflı danışılıb.
Qeyd olunub ki, Göygöl təkcə təbiətin bəxş etdiyi nadir gözəlliyi ilə deyil, həm də sürətlə inkişaf edən sosial infrastrukturu, zəngin tarixi-mədəni irsi və geniş turizm imkanları ilə Azərbaycanın ən perspektivli bölgələrindən biridir. Füsunkar dağ mənzərələri, saf bulaqları, zəngin meşələri, bənzərsiz təbiəti və qonaqpərvər insanları rayonu yerli və xarici turistlər üçün cəlbedici məkana çevirir.
Həmçinin vurğulanıb ki, rayonun sosial rifahının yüksəldilməsi, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və turizm sektorunun inkişafı istiqamətində görülən tədbirlər davamlı xarakter daşıyır. Eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Bildirilib ki, qarşıdakı dövrdə də rayonun hərtərəfli inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, turizm marşrutlarının genişləndirilməsi və tarixi-təbii irsin qorunaraq gələcək nəsillərə çatdırılması əsas prioritet istiqamətlərdən biri olacaq. İcra başçısı qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Göygöl rayonu bundan sonra da dinamik inkişafını davam etdirəcək, ölkənin aparıcı turizm-iqtisadi mərkəzlərindən birinə çevriləcək.















































