Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir

Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir
SİYASƏT
12:44 17.10.2017
1033

Təəssüf ki, bu gün Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz etməkdə, təcavüzkara dəstək olmaqda davam edir. Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi onun həmsədrlik missiyasına ziddir. Minsk qrupu münaqişənin həllinə vasitəçilik etməli olduğu halda, işğalçıya dəstək nümayiş etdirir, münaqişənin həlli istiqamətində bir iş görmür.

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

O, qeyd edib ki, Rusiyanın Ermənistana bu cür açıq şəkildə dəstəyi ölkələrimiz arasındakı münasibətlərə uyğun deyil: "Məlum olduğu kimi, 2015-ci ildə imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan isə bu günlərdə 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Hesab edirəm ki, kredit müddəti simvolik xarakter daşıyır. Bu, açıq-aşkar işğalçı ölkənin silahlandırılması, münaqişənin həllinə ədalətsiz yanaşmadır. Biz 25 ildən artıqdır ki, bu münaqişədən əziyyət çəkirik. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionda təhlükəsizliyin təminatına ciddi əngəldir. Minsk qrupunun bütün həmsədr dövlətləri bu reallığı anlamalı, işğalçıya dəstək yox, münaqişənin həllində əməli fəaliyyətə keçməlidirlər.”

"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir: "Təhlükəsizlik Şurasının üzvləri nəinki ayrı-ayrı regionlarda, bütün dünyada təhlükəsizliyin təminatına xüsusi həssaslıqla yanaşmalı, ədalət prinsipini qorumalı, müharibəyə yox sülhə çağırış etməlidirlər. Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin mövcudluğunu bəyan edən Rusiya nə üçün bu gün Ermənistana açıq şəkildə dəstək verir, bu ölkəni silahlandırır? Təbii ki, bu cür suallar ölkəmizin ictimaiyyətini ciddi şəkildə narahat edir. Hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ədalətli və obyektiv yanaşmalı, regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir.”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür