Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
BakuPost.az-ın məlumatına görə, sərəncamla Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.