Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında qərar verib. Nazirlər Kabinetindən AZXEBER.COM-a verilən məlumata görə, qərara əsasən Fondun 2012-ci il üçün xərclər smetası təsdiq edilib. Belə ki, bu il xərclər smetası 3 870 608 manat müəyyənləşib.Bundan başqa, ştatda olan işçilərin sayı da 6 nəfərdən 10 nəfərə qaldırılıb.