Vüsal Quliyev yeni sektor müdiri təyin olundu - Administrasiyada təyinat

Vüsal Quliyev yeni sektor müdiri təyin olundu -  Administrasiyada təyinat
Bütün Xəbərlər
15:18 16.04.2014
1316
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoruna müdir təyin olunub.
APA-nın əldə etdiyi məlumata görə, bu sektora Vüsal Quliyev rəhbərlik edəcək.
V. Quliyev buna qədər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb.
Sektor gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək.
OXŞAR XƏBƏRLƏR