Vüsalə Mahirqızı “TRT Avaz”da Xocalı soyqırımından danışdı

Vüsalə Mahirqızı “TRT Avaz”da Xocalı soyqırımından danışdı
MEDİA
17:20 13.02.2012
1684
“APA Group”-un baş direktoru Vüsalə Mahirqızı “TRT Avaz” kanalında Fransa Senatının son qərarına Azərbaycandakı etirazlar və Xocalı soyqırımının 20-ci ildönümündə İstanbulun Taksim meydanında keçiriləcək aksiya ilə bağlı çıxış edib.
V.Mahirqızı Azərbaycanda Fransa Senatının qərarının ermənilərə dəstək qanunu kimi qəbul edildiyini, buna ölkə başçısının, Xarici İşlər Nazirliyinin, parlamentin, partiyaların, QHT-lərin və medianın etiraz etdiyini bildirib: “Azərbaycan 1989-cu ildən müharibə vəziyyətindədir. Əvvəlcə soydaşlarımız Ermənistandakı ata-baba torpaqlarından qovuldu. Sonra isə Azərbaycan əraziləri işğal olundu, minlərlə insanımız şəhid oldu, 1 milyon məcburi köçkünümüz, qaçqınımız var. İnsanlarımız on illərdir ki, öz yaxınlarının məzarlarını ziyarət edə bilmirlər. Ötən il Ağdamda 9 yaşında bir uşaq həyətdə oynayarkən erməni gülləsi ilə öldü, başqa bir 13 yaşlı qızcığaz ermənilərin içinə bomba yerləşdirib çaya buraxdıqları oyuncağın əlində partlaması ilə şəhid oldu. Biz bu gün də erməni terroru ilə üz-üzəyik. Bu olaylar davam edərkən, Fransada ermənilərə dəstək olaraq belə bir qanunun qəbul olunmasını biz həm də özümüzə təhqir hesab edirik. Heç bir azərbaycanlının bu qərarla razılaşması, buna etiraz etməməsi mümkün deyil”.
OXŞAR XƏBƏRLƏR