“Vyana görüşündən sonra girovların dəyişdirilməsi prosesi aktiv fazaya daxil olub” – "ATV Aktual" verilişində müzakirə

“Vyana görüşündən sonra girovların dəyişdirilməsi prosesi aktiv fazaya daxil olub” – "ATV Aktual" verilişində müzakirə
SİYASƏT
14:25 19.04.2019
3471
Ötən gün Azad Azərbaycan Televiziyasının "ATV Aktual” verilişində Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Vyana görüşü və xarici işlər nazirlərinin Moskva görüşü müzakirə olunub.
 
AZXEBER.COM xəbər verir ki, tanınmış aparıcı Ariz Tarıverdiyevin bu dəfəki qonaqları Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov olub.

Vyana görüşündən sonra yaranmış situasiyanı şərh edən millət vəkili Əflatun Amaşov Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin mümkünlüyü barədə fikirlərini bölüşüb və bu səfərlərin gerçəkləşməsinin hələ tez olduğunu deyib.
 
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov isə Vyana görüşünü əsir və girovların dəyişdirilməsi prosesində dönüş nöqtəsi adlandırıb və girovların öz ailə üzvləri ilə görüşünün mümkünlüyünü şərh edib. Hüquq müdafiəçisinin sözlərinə görə, Vyana və Moskva görüşlərində humanitar addımların atılması barədə ilkin razılaşmanın əldə olunması əsir və girovların məsələsinin birbaşa aktiv fazaya keçməsini şərtləndirir: "Odur ki, yaxın müddət ərzində bu istiqamətdə real addımların atılacağını və rəsmi Yerevanın danışıqlarda əldə edilən razılaşmaya sadiq qalacağına ümid edirik”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ