Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib

Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
SOSİAL
20:21 06.11.2026
54
Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə noyabrın 4-də Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Faiq Sücəddinovun yaradıcılığına həsr olunmuş musiqili görüş keçirilib.

Avstriyada yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbir səmimi və mehriban ab-havada baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqları salamlayaraq Faiq Sücəddinovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından bəhs edib. Direktor bəstəkarın əsərlərinin Azərbaycan musiqi irsində özünəməxsus yer tutduğunu vurğulayaraq tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək Avstriyada yaşayan soydaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, bu tarixi günün Azərbaycan xalqı üçün daşıdığı xüsusi əhəmiyyəti vurğulayıb. O, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın milli-mədəni irsimizlə bağlılığının qorunması və diaspor icmaları arasında milli birlik və həmrəyliyin gücləndirilməsi baxımından bu cür
tədbirlərin mühüm rol oynadığını qeyd edib.
 
Yaradıcılıq gecəsinin davamında Faiq Sücəddinov sənət yolundan, həyat və yaradıcılığının maraqlı məqamlarından, eləcə də müxtəlif dövrlərə aid xatirələrindən danışıb. Bəstəkar sevilən əsərlərinin yaranma tarixçələrini iştirakçılarla bölüşərək onların bir neçəsini şəxsən ifa edib.

Musiqili görüş zamanı Faiq Sücəddinovun əsərləri Fatimə Cəfərzadə ifasında Aqşın Tariyeloğlu və Əhəd Nəbiyevin müşayiəti ilə səsləndirilib. İfaçılar bəstəkarla birlikdə çıxış edərək gecəyə xüsusi musiqi çalarları qatıblar.

Səmimi söhbətlər və canlı musiqi ifaları ilə yadda qalan yaradıcılıq gecəsi Avstriyada yaşayan soydaşlarımız üçün görkəmli bəstəkarla yaxından ünsiyyət qurmaq, onun zəngin yaradıcılığı ilə daha dərindən tanış olmaq imkanı yaradıb.
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
19:12 06.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
18:59 06.11.2026
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
18:49 06.11.2026
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb
18:36 06.11.2026
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
18:29 06.11.2026
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
18:09 06.11.2026
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu