AZXEBER.COM "Bloomberg"-ə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi ölkənin Mədəniyyət, İdman və Turizm Nazirliyi tərəfindən işlənib hazırlanıb.
Qeyd edilib ki, yetkinlik yaşına çatmayanların müstəqil olaraq paylaşımlar etməsi, rəy yazması və reaksiyalar bildirməsinin qarşısı alınacaq.
Sosial media şirkətləri azyaşlı istifadəçiləri aşkarlamağa və onlara yalnız yaşlarına uyğun gələn materialları təqdim etməyə məcbur ediləcək.
Ölkənin mədəniyyət nazirinin müavini Fan Tam məsələ ilə bağlı qeyd edib ki, əsas hədəf uşaqların sosial şəbəkələrə çıxışını tamamilə qadağan etmək və ya həddindən artıq çərçivəyə salmaq deyil:
"Məqsədimiz onların yalnız öz yaşlarına uyğun platformalardan istifadəsini təmin etmək və internetdəki zərərli təhlükələrdən qorumaqdır".
Bununla yanaşı, Vyetnam rəsmiləri onlayn oyunlarla bağlı yeni qadağaların tətbiqini də planlaşdırır. Yeni qaydalara əs











































