Vyetnamda Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi olub

SİYASƏT
16:40 17.12.2013
1076
Hanoyda Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

AZXEBER.COM XİN-in rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Vyetnam Xarici İşlər Nazirliyinin və Vyetnam Kommunist Partiyasının rəsmiləri, Milli Assambleyanın, digər dövlət və hökumət qurumlarının üzvləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Sovet İttifaqı dönəmində Azərbaycanın ali təhsil ocaqlarının məzunları, bu ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələri iştirak ediblər.Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov və Vyetnam dövləti adından xarici işlər nazirinin müavini Bui Thanh Son çıxış ediblər.Səfir Anar İmanov qonaqları salamlayıb və Azərbaycanın özündə Qərb və Şərq dəyərlərini birləşdirən ölkə olduğunu və müxtəliflik və tolerantlıq nümunəsi olduğunu vurğulayıb.Həmçinin səfir ölkəmizdə bütün sahələrdə, o cümlədən hüquqi, iqtisadi, sosial, elm, tədris və digər sahələrdə müşahidə olunan inkişafdan, həyata keçirilən demokratik islahatlardan, iri enerji və nəqliyyat layihələrindən bəhs edib.Ölkəmizin digər dövlətlərlə dostluq və sıx əlaqələr qurmağa böyük önəm verdiyini qeyd edən səfir Anar İmanov, Azərbaycan və Vyetnam arasında mövcud əməkdaşlığı buna misal göstərib.O, Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən bəhs edərək, çətin anlarda xalqımızın vyetnamlı dostlarına dayaq olduğunu və dəstək verdiyini, Vyetnam iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sektorunun inkişaf etdirilməsində azərbaycanlı mütəxəssislərin öz bilik və təcrübələrini vyetnamlı həmkarları ilə bölüşdüklərini, vaxtı ilə çoxsaylı vyetnamlı tələbələrin ölkəmizin ali təhsil ocaqlarını bitirdiklərini söyləyib, bu tarixi dostluq əlaqələrinin bərpası, həmçinin siyasi, iqtisadi, turizm, mədəniyyət, elm sahələri də daxil olmaqla bütün istiqamətlərdə uzunmüddətli əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu vurğulayıb.Diplomat çıxışının sonunda Azərbaycan səfirliyinin hərtərəfli fəaliyyətinə göstərilən dəstəyə görə Vyetnam dövləti, hökuməti və XİN-ə, ö cümlədən müxtəlif struktur və təşkilatlarının nümayəndələrinə minnətdarlığını ifadə edib.Tədbirdə Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini Bui Thanh Son Hanoy şəhərində Azərbaycan səfirliyinin fəaliyyətə başlamasını hər iki ölkə üçün əlamətdar hadisə kimi dəyərləndirib.Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin əsasının 23 iyul 1959-cu il tarixində Vyetnam prezidenti Ho Şi Minin ölkəmizə və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu, bu dövr ərzində çoxlu sayda Vyetnamlı tələbələrin Azərbaycan universitetlərini bitirdiklərini, hazırda onların əksəriyyətinin Vyetnamın dövlət sektorunda və iri şirkətlərində çalışdıqlarını, iki ölkə və xalq arasında dostluq körpüsü rolunu oynadıqlarını bildirib.O, iki ölkə arasında əlaqələrin səmərəli inkişafını qeyd edərək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu, hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində, sərmayə qoyuluşunda və xalqlar arasında təmasların səmərəliliyinin artırılmasında maraqlı olduqlarını qeyd etmişdir.Sonra tədbir Vyetnam Dövlət Simfonik Orkestrinin üzvlərinin ifasında Azərbaycan, Vyetnam və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb