Vyetnamdakı qasırğa qurbanlarının sayı 190-ı ötdü

DÜNYA
12:58 12.09.2024
119
Vyetnamı vuran Yagi qasırğasının yaratdığı sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 197-yə yüksəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Vyetnam fövqəladə halların idarə edilməsi üzrə dövlət agentliyi məlumat yayıb.
 
Verilən açıqlamada, ölkə üzrə tayfunun törətdiyi sürüşmə və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 197-yə yüksəldiyi, 800 nəfərin yaralandığı bildirilib.

Açıqlamada itkin düşən 128 nəfərin axtarışlarının davam etdiyi qeyd edilib.

Paytaxt Hanoyun bəzi bölgələrində selin təsirlərinin davam etdiyi söylənilib. Sel səbəbi ilə ölkənin şimalında 200 min hektar əkinçilik sahəsi məhv olub.

Qasırğa əvvəlcə Filippin və Çini vurub. Şənbə günü isə Vyetnama çatıb. Çin və Filippində 24 nəfərin ölümünə səbəb olan tayfun ötən gün Taylanda da təsir edib, 4 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, Avstraliya, Yaponiya, Cənubi Koreya və ABŞ kimi bir çox ölkələr Vyetnama yardım göndərib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR