"WhatsApp”-ın hesabata görə, 2023-cü ilin ilk ayında Hindistanda 2 milyon 918 min hesab bloklanıb.
AZXEBER.COM xəbər verir ki, bu hesabların 1 milyon 38 mini əvvəlcədən aşkar edilərək heç bir şikayət edilmədən bağlanıb.
Qeyd edilib ki, "İstifadəçi təhlükəsizlik hesabatı"na əsasən, normalda hesablar istifadəçi şikayətləri əsasında qadağan edilir.
Bununla belə, "WhatsApp” bəzən platformadan sui-istifadə ilə mübarizə aparmaq üçün öz qabaqlayıcı tədbirləri görə bilər.
Aydın











































