Mobil messencerin aylıq auditoriyası 465 milyon nəfərə çatıb.
Rekord məbləğə - 19 milyard dollara Facebook-a satılan WhatsApp mobil messenceri 2014-cü ilin ikinci yarısında səsli servisi işə salmağa hazırlaşır.
AZXEBER.COM İnterfaks-a istinadən xəbər verir ki, bunu şirkətin həmsahibi və baş direktoru Yan Kum İspaniyanın Barselona şəhərində keçirilən Mobil konqresdə bildirib.
Onun sözlərinə görə, Facebook-a sövdələşmədən sonra WhatsApp-ın strategiyası dəyişməyəcək.
“55 nəfərin çalışdığı şirkətin fəlsəfəsi bütün dünyada insanları birləşdirməkdir. Biz gördüyümüz işdə nəyi isə dəyişdirməyi planlaşdırmırıq”, - deyə, Yan Kum bildirib
Öz servisini Facebook ilə yanaşı elektrik enerjisi kimi “fundamental əsas” adlandıran Y.Kum WhatsApp-ın aylıq auditoriyasının 465 milyon nəfrə olduğunu vurğulayıb.