'Whatsapp' haqda bilmədikləriniz

Bütün Xəbərlər
17:35 06.03.2015
5621
Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp", demək olar ki, artıq ən çox istifadə olunan ünsiyyət vasitələrindəndir. Bəs biz "Whatsapp" haqqında nə bilirik?"Whatsapp" haqqında ən çox soruşulan suallara cavabları təqdim edirik.Telefonunuz başqasının əlində olarkən "Whatsapp" mesajlarınızı başqalarının görməsini istəmirsinizsə, onun girişinə 4 xanalı şifrə qoymaq mümkündür. Bunun üçün "Whatsapp Lock" şəklində axtarış edərək həmin tətbiqetməni yükləmək lazımdır."Whatsapp"ın ən maraqlı cəhətlərindən biri danışılan şəxsin şəbəkədə olub-olmadığını bilməkdir. Amma nəzərə almalısınız ki, əgər istifadəçi yazışmadan çıxandan sonra proqramı tam bağlamayıbsa, 5-10 dəqiqə ərzində qarşı tərəfə hələ də şəbəkədəymiş kimi görünür."Whatsapp"ın ən maraqlı və bəyənilən funksiyalarından biri də profil şəklini görənləri tənzimləyə bilməkdir. Bunun üçün Tənzimləmələr-Hesabım-Məxfilik bölmələrinə keçərək profil şəklini görənləri müəyyən edə bilərsiniz."Whatsapp" istifadəçilərinin ən çox qarşılaşdığı problemlərdən biri də sistemə qoşula bilməmələridir. Bu zaman internetə qoşulmanı yoxlamaqda fayda var. Lakin istifadəçilər onu da bilməlidirlər ki, bəzi Wi-Fi bağlantıları "Whatsapp" mesajlaşmanı əngəlləyə bilir. Bundan başqa, "Whatsapp"ın tez-tez çökdüyü və bəzən mesaj trafikinin kəsildiyi hallar da olub."Whatsapp"da mesaj almaq istəmədiyiniz şəxsləri blok edə bilərsiniz. Bu zaman həmin şəxslər nə etsələr də, sizə mesaj göndərə bilməyəcəklər. Blok edilib-edilmədiyinizi anlamağın da yolları var. Belə ki, əgər siz mesaj yazdığınız şəxs sizə cavab yazmırsa, yaxud da yazdığınız mesajların qarşısında sadəcə bir xətli təsdiq işarəsi qoyulursa, bu, sizin bloka salındığınızın göstəricisi ola bilər. Amma mümükündür ki, bütün bunlar qarşı tərəfin məxfilik tətbiqetmələrindən istifadə etdiyi üçün də olsun."Whatsapp"da mesajlar göndəriləndə birxətli təsdiq işarəsi mesajın göndərildiyini, ancaq qarşı tərəfin mesajı hələ oxumadığını, ikixətli təsdiq işarəsi mesajın qarşı tərəfə çatdığını göstərir. Bu işarə mavidirsə, mesajı qarşı tərəfin oxuduğunu anlaya bilərsiniz. Əgər mesajınızın qarşısında saat işarəsi varsa, bu, o deməkdir ki, mesajınız hələ çatmayıb. Qırmızı rəngli nida işarəsi isə o deməkdir ki, mesaj hələ göndərilməyib. İnternet əlaqəni yoxlayandan sonra mesajı yenidən göndərmək lazımdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər