“WhatsApp” ismarışlarınız təhlükədədir

“WhatsApp” ismarışlarınız təhlükədədir
Bütün Xəbərlər
11:13 14.03.2014
1938
450 milyondan çox istifadəçisi olan “WhatsApp” messengerində ciddi boşluq aşkar edilib.
AZXEBER.COM xəbər verir ki, bu boşluğu şəbəkə təhlükəsizliyi üzrə hollandiyalı mütəxəssis Bas Bosskert aşkarlayıb.
Onun araşdırmasına görə, “WhatsApp” smartfonun yaddaş kartında istifadəçinin ismarışlar arxivini yaradır və onları kənar tətbiqə bir neçə sətir zərərli kod əlavə etməklə asanlıqla ələ keçirmək mümkündür.
Messenger tərtibatçıları artıq problemdən xəbərdardırlar və yaxın gələcəkdə problemi aradan qaldıracaqlar. Hələ ki, messenger istifadəçilərinə öz smartfonlarına müxtəlif yeni tətbiqlərin quraşdırılması zamanı ehtiyatlı olmaq tövsiyə edilir.
OXŞAR XƏBƏRLƏR