Milli Kibertəhlükəsizlik Agentliyi "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, "myGov” üzərindən göndərilən xəbərdarlıqda bildirilib ki, telefon nömrəsini paylaşmadan "username" vasitəsilə əlaqə saxlamaq rahatlıq yaratsa da, bu imkan kiberdələduzlar tərəfindən fişinq və sosial mühəndislik məqsədilə istifadə oluna bilər.
Qeyd olunub ki, dələduzlar tanışların, həmkarların və ya rəhbərlərin adına bənzər saxta username yaradaraq istifadəçilərdən pul, sənəd və fərdi məlumatlar, OTP və digər təsdiq kodları, həmçinin hesab və giriş məlumatları tələb edə bilərlər.
Agentlik vurğulayıb ki, usernamenin tanış görünməsi hesabın həqiqiliyini təsdiqləmir. Şübhəli mesaj alındıqda şəxsin kimliyinin telefon və ya videozəng vasitəsilə yoxlanılması, ödəniş və məlumat paylaşımından əvvəl müraciətin başqa etibarlı kanalla təsdiqlənməsi tövsiyə olunur.
İstifadəçilərə OTP, PIN, CVV və parol kimi məlumatları heç kimlə paylaşmamaq, həmçinin şübhəli keçidlərə daxil olmamaq çağırışı edilib.
Şahanə











































