“WhatsApp” yeni qərar qəbul etdi

“WhatsApp” yeni qərar qəbul etdi
MEDIA
11:08 07.03.2023
254
"WhatsApp” 4 yanvar 2021-ci ildəki istifadəçi müqaviləsini yeniləyib və bu müqaviləni qəbul etməyənlərin hesablarını siləcəklərini açıqlayıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası və Aİ ölkələrinin istehlakçıların hüquqlarının müdafiəsi orqanları ötən il istifadəçilərin şəxsi məlumatlarından istifadə ilə bağlı "WhatsApp”a xəbərdarlıq məktubu göndəriblər.

Avropa Birliyi "WhatsApp”ın xidmət şərtlərinə edilən dəyişikliklərlə bağlı daha şəffaf olmağa sadiq olduğunu bildirib.

AB Komissiyası üzv dövlətlərin istehlakçı qurumları ilə "WhatsApp” arasındakı dialoqdan sonra tətbiqin istifadəçiləri daha yaxşı məlumatlandırmaq və müqavilə yeniləmələri ilə bağlı istifadəçilərin seçimlərinə hörmətlə yanaşmağa razılaşdığını açıqlayıb.

Açıqlamada qeyd edilib ki, "WhatsApp” istifadəçilərin şəxsi məlumatlarını reklam və ya digər məqsədlərlə digər Meta şirkətləri və ya üçüncü şəxslərlə, o cümlədən "Facebook”la paylaşmayacaq.

Aydın
OXŞAR XƏBƏRLƏR