"Whatsapp"dan yenilik: Kontaktları rahat şəkildə əlavə edə biləcəksiniz

"Whatsapp"dan yenilik: Kontaktları rahat şəkildə əlavə edə biləcəksiniz
MEDIA
12:10 10.04.2023
307
"WhatsApp” istifadəçilərə proqramdan çıxmadan kontaktlar əlavə etmək və ya istifadəçi məlumatlarını redaktə etmək imkanı verəcək yeni funksiya üzərində işləyir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyanın məşhur ani mesajlaşma proqramı olan "WhatsApp" yaxında istifadəçilər üçün çox faydalı olacaq yeni funksiya təqdim edəcək.

"Windows”, "Android” və "iOS” platformalarında davamlı sınaqlar həyata keçirən "WhatsApp” artıq istifadəçilərə proqramdan çıxmadan kontaktlar əlavə etmək və ya istifadəçi məlumatlarını redaktə etmək imkanı verəcək.
 
Hazırda beta istifadəçilərinə təqdim edilən bu xüsusiyyət sayəsində bəzi beta istifadəçiləri "WhatsApp"dan çıxmadan asanlıqla kontakt siyahılarına və ya "Google" hesablarına yeni kontaktlar əlavə edə bilirlər.

Bu yeniləmə ilə siz redaktə etmək istədiyiniz istifadəçinin profilini də redaktə edə bilərsiniz.

Beləliklə, istifadəçilər artıq yeni kontaktlar əlavə etmək üçün telefon kitabçası proqramından istifadə etməli olmayacaqlar.

Hazırda beta istifadəçilərinə təqdim edilən yeniləmənin tezliklə bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR